Türkiyə-Yaponiya əlaqələri müzakirə olunub
Tarix: 23.06.2017 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yaponiyanın paytaxtı Tokioya üçgünlük səfər edib. Səfərin üçüncü günü Sasakava Sülh Fonduna gələn nazir burada Yaxın Şərqdəki proseslər və Türkiyənin bölgədəki rolu barədə çıxış edib, çoxsaylı sualları cavablandırıb. Sasakava Sülh Fondunun fəxri prezidenti Yahey Sasakava ilə görüşdə iki ölkənin beyin mərkəzləri arasında əməkdaşlıq əlaqələri müzakirə olunub. Yaponiya mətbuatı ilə təmaslar çərçivəsində “Nikkey” qəzetinin və NHK telekanalının müxbirləri ilə görüşən M.Çavuşoğlu bölgədə baş verən proseslər, Yaponiya-Türkiyə əlaqələri və digər aktual mövzularda onların suallarını cavablandırıb. Həmin gün Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko ilə görüşən Türkiyənin xarici işlər naziri iki ölkə arasında iqtisadi və ticarət sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib. Yaponiyanın Baş naziri Şinzo Abe ilə görüşdə isə Türkiyə-Yaponiya əlaqələri, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İki ölkə arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. Qeyd edək ki, nazir M.Çavuşoğlunun səfəri Türkiyədən Yaponiyaya xarici işlər naziri səviyyəsində 14 il sonra ilk dəfə reallaşıb.




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
Gürcüstanın təbii qaza olan ehtiyacının 97 faizi Azərbaycanın hesabına təmin olunur
14.06.2019
“1in.am”: “Rəsmi İrəvanın son addımları Moskva tərəfindən qəbul edilmir”
14.06.2019
Krasnoyarskdakı Azərbaycan diasporu Rusiya Gününü qeyd edib
14.06.2019
Əfqanıstandakı “FETÖ” məktəbləri Türk Maarif Fonduna təhvil verildi
13.06.2019
«ArmenianReport»: ”Görünür ki, biz artıq Fransanı da itirmək ərəfəsindəyik”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info