Braziliyalılar “Barselona”dan narazıdırlar
Tarix: 23.06.2017 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


Santos” klubu FİFA-ya müraciət etməyə hazırlaşır. Braziliya təmsilçisi “Barselona”nın transfer fəaliyyətindən narazıdır. İspaniya nəhənginin yarımmüdafiəçi Lukas Lima ilə anlaşması braziliyalıların narazılığına səbəb olub. Məsələ burasındadır ki, 2017-ci il, dekabrın 31-də “Santos”la müqavilə müddəti başa çatacaq Lima artıq “Barselona” ilə 5 illik müqaviləni razılaşdırıb və gələn ildən kataloniyalıların formasını geyinəcək. Lakin FİFA-nın reqlamentinə görə, “Barsa” iyulun 1-dək 27 yaşlı futbolçu ilə anlaşa bilməz. “Santos” rəhbərliyi də göstərilən vaxtdan 10 gün tez davranan ispanların cəzalanması üçün ali futbol qurumuna müraciət edəcək. Qeyd edək ki, 2013-cü ildə Neymarın transferi zamanı da “Santos”la “Barselona” arasında problem yaranmışdı.




 
Bölməyə aid digər xəbərlər
09.12.2018
Futbol üzrə Azərbaycan Premyer Liqasının 14-cü turuna yekun vurulub
09.12.2018
İspaniya La Liqası: Kataloniya derbisində dörd qol vurulub
09.12.2018
“Mançester Siti”nin məğlubiyyətsizlik seriyasına son qoyulub
08.12.2018
Türkiyə Superliqası: “Qalatasaray” komandası öz meydanında xal itirib
08.12.2018
Qurbanov istefa verdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info