Merkel Almaniya kəşfiyyatına inanmır?
Tarix: 23.06.2017 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


Almaniya Federal Kəşfiyyat Xidməti Vaşinqtonda yerləşən diplomatik nümayəndəliklərdə, beynəlxalq media orqanları və təşkilatlarında casusluq fəaliyyəti göstərib

“Almaniyanın Federal Kəşfiyyat Xidməti səkkiz il ərzində ABŞ-ın dövlət agentliklərinin fəaliyətini izləyib”. Bu barədə məlumatı “Der Spiegel” nəşri əldə etdiyi məxfi sənədələrə istinad edərək yayıb. Jurnalın bildirdiyinə görə, 1998-ci ildən 2006-cı ilə qədər Almaniyanın gizli xidmət orqanı casusları vasitəsilə Ağ Ev də daxil olmaqla, “Lockheed Martin” şirkətinin, “Human Rights Watch”, “NASA” kimi təşkilatların və ABŞ-ın Müdafiə Kəşfiyyat Agentliyinin fəaliyyətini izləyib. Bundan əlavə, jurnalın verdiyi bilgiyə görə, Almaniya Federal Kəşfiyyat Xidməti Vaşinqtonda yerləşən xarici diplomatik orqan və beynəlxalq təşkilatlarda da casusluq fəaliyyəti göstərib. Bir müddət bundan əvvəl bir çox KİV-lər alman gizli xidmətinin “İnterpol”la yanaşı, ən böyük beynəlxalq media orqanlarını izləməsi barədə xəbərlər yayırdılar. Xatırladaq ki, “casus qalmaqalı” 2015-ci ildə alman kəşfiyyatının ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi ilə fəal əməkdaşlıq etdiyi məlum olduqdan sonra ortaya çıxıb. Bəlli oldu ki, ABŞ Milli Təhlükəsizlik Agentliyi yalnız Avropa İttifaqı rəsmilərini və vətəndaşlarını deyil, hətta ölkə rəhbərlərini də dinləyirmiş. Elə həmin vaxt bəlli oldu ki, amerikalılar Almaniya kansleri Anqela Merkelin telefonlarını dinləyir. Görünür elə bu səbəbdən kansler Merkel qonşu Britaniya kəşfiyyatından məlumat almağa üstünlük verir. “Focus” nəşrinin məlumatına görə, Almaniya kanslerin ən azı iki dəfə Britaniya təhlükəsizlik xidmətlərinə terror haqqında məlumat üçün müraciət edib. “Focus” jurnalının qənaətincə, bu addım alman xüsusi xidmət orqanların narazılığına səbəb olub. Başqa bir maraqlı məqama diqqət çəkən jurnal yazır ki, Merkel 12 illik kanserlik fəaliyyəti dövründə bir dəfə də olsun ölkəsinin təhlükəsizlik orqanlarının həftəlik brifinqlərində iştirak etməyib: “Belə çıxır ki, o, öz kəşfiyyat orqanına yox, İngiltərəyə etibar edir”. Merkelin İngiltərəyə 2015-ci ildə baş tutan son səfəri barədə yazan “Focus” iddia edir ki, orada Britaniya kəşfiyyatı ilə görüş olub. Həmin görüşdə təqdim edilən informasiya müqabilində Merkel ingilislərə Rusiya prezidenti Vladimir Putinlə bağlı dosye və Krımda vəziyyətin təhlili ilə bağlı sənəd verib. Həmin vaxt Almaniyanın təhlükəsizlik orqanlarının bu görüş barədə məlumatlı olmayıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
“Ərdoğan Trampa meydan oxuyur”
23.03.2019
ABŞ İranın daha 31 şəxs və şirkətini sanksiya siyahısına saldı
23.03.2019
Meksika senatında Novruz bayramı təntənəsi
22.03.2019
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
22.03.2019
Ağ Ev: Suriya İŞİD-dən azad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info