MDB İqtisadi Şurasının 74-cü iclası keçirilib
Tarix: 24.06.2017 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 74-cü iclası keçirilib. İclasda Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edirdi. RF hökuməti sədrinin birinci müavini İqor Şuvalov tədbirdə iştirak edib. İclas iştirakçıları MDB üzvü olan ölkələrin mədən-metallurgiya sahəsində əməkdaşlığına dair Sazişin reallaşdırılması üzrə tədbirlər kompleksi layihəsini əsasən bəyəniblər. Sənədin razılaşdırılması proseduru başa çatandan sonra layihə bu ilin sonunda İqtisadi Şura tərəfindən nəzərdən keçiriləcək. Kosmik fəzanın dinc məqsədlər üçün tədqiq edilməsi və istifadəsi sahəsində əməkdaşlığa dair MDB konvensiyası, habelə baytarlıq sahəsində əməkdaşlıq haqqında sazişin yeni redaksiyası bəyənilib. MDB İqtisadi Şurasının üzvləri 2010-2016-cı illərdə Hökumətlərarası Feldyeger Rabitəsi Əlaqələndirmə Şurasının fəaliyyətini müzakirə edib, MDB ölkələrində sığorta xidmətləri bazarının inkişafına dair fikir mübadiləsi aparıblar. Sərnişinlərin və baqajın beynəlxalq avtomobil daşımaları haqqında Konvensiyanın və 2020-ci ilə qədər olan dövrdə regionlararası və sərhədyanı əməkdaşlıq Konsepsiyasının həyata keçirilməsinin gedişi də müzakirə mövzusu olub. MDB İqtisadi Şurasının üzvlərinə informasiya-analitik və sorğu xarakterli bir sıra materiallar təqdim edilib. İclas iştirakçıları bir sıra büdcə-maliyyə məsələlərini və təşkilatı məsələləri də müzakirə ediblər. MDB İqtisadi Şurasının növbəti iclasını cari ilin sentyabr ayında keçirmək nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
23.05.2019
ABŞ Konqresində Trans-Xəzər regionu ilə bağlı xüsusi brifinq keçirilib
23.05.2019
Cənubi Karolina ştatının qubernatoru 28 may tarixini Azərabaycan Günü elan edib
22.05.2019
Elmar Məmmədyarov BMT-nin yeni rezident nümayəndəsi ilə görüşüb
22.05.2019
Mətyu Brayzə: Şəxsi təcrübəmdən bilirəm ki, vaxtilə ailəmlə birlikdə yaşadığım Bakı çox təhlükəsiz şəhərdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info