ADNSU-nun rektoru Fransanın Valenciennes Universitetinin rektoru ilə görüşüb
Tarix: 29.06.2017 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Fransanın Valenciennes Universitetinin rektoru pr. Abdelhakim Artiba, universitetin beynəlxalq əməkdaşlıq üzrə vitse-prezidenti pr.Sebastien Grondel və universitetin mədəniyyət və incəsənət üzrə vitse-prezidenti Arnaud Huftier ilə görüşüb.
Beynəlxalq əlaqələrin və birgə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə bu istiqamətdə əməkdaşlıq oluna biləcək sahələr haqqnda söhbət aparılıb. Fransa və Azərbaycan universitetlərinin ən uğurlu layihəsi olan UFAZ-ın ADNSU üçün qürurverici əməkdaşlıq olduğunu deyən ADNSU-nun rektoru, professor Mustafa Babanlı digər fransız universitetləri ilə də əməkdaşlığa hər zaman açıq olduğunu və buna yüksək dəyər verdiyini qeyd edib.
ADNSU-nun tarixi, beynəlxalq əlaqələri və universitetdə aparılan islahatlar barədə qonaqlara ətraflı məlumat verən rektor, professor M.Babanlı Azərbaycanın ən savadlı gənclərinin UFAZ-da təhsil aldığını vurğulayıb.
“UFAZ bu gün bizim ən böyük fəxrimizdir. Bu təkcə Azərbaycanda deyil, regionda böyük bir layihədir. İstərdim ki, bizim bu əməkdaşlıq daha da genişlənsin və biz Fransanın digər ali təhsil ocaqları ilə də əməkdaşlıq edək”, -deyə rektor,professor M.Babanlı bildirib.
ADNSU ilə təhsildə bir çox ümumi maraqlarının olduğunu diqqətə çatdıran Fransanın Valenciennes Universitetinin rektoru pr. Abdelhakim Artiba beynəlxalq əməkdaşlığa daim yüksək dəyər verdiklərini qeyd edib. Rəhbərlik etdiyi universitetın tədris prosesi, əməkdaşlıq əlaqələri, maddi-texniki bazası və digər sahələr haqqında məlumat verən rektor pr. Abdelhakim Artiba ADNSU ilə əməkdaşlığın əhəmiyyətindən danışıb.
“Biz mövcud sanaye sahələri üzrə, əsasən də texniki və nəqliyyat sahəsində kadr hazırlayırıq. Çox istərdim ki, sizin universitetlə də texniki sahədə əməkdaşlıq edək”, -deyə pr. Abdelhakim Artiba bildirib.
Daha sonra dünyadakı dinamik inkişafa çatmaq üçün birgə əməkdaşlıq məsələlərinin vacibliyi vurğulanıb və əməkdaşlıq oluna biləcək sahələr müzakirə olunub. Bu istiqamətdə startap layihələrinin rolu xüsusi qeyd edilib və Startap üzrə əməkdaşlığın önəmi vurğulanıb.
Tədbirin sonunda qonaqlara xatirə hədiyyəsi təqdim edilib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info