Siyəzəndə 60 yeni komplekt transformator məntəqəsi quraşdırılıb
Tarix: 29.06.2017 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Siyəzən Elektrik Şəbəkəsində yenidənqurma işləri genişləndirilir.
“Azərişıq” ASC-nin mətbuat xidmətindən bildirilib ki, rayon mərkəzi, 1 qəsəbə, 37 kəndi özündə birləşdirən, 41 min nəfər əhaliyə xidmət edən Siyəzən Elektrik Şəbəkəsinin inzibati ərazisində istehlakçıların fasiləsiz, dayanaqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün yenidənqurma və əsaslı təmir-tikinti işləri davam etdirilir. ASC tərəfindən rayon ərazisində 60 ədəd yeni komplekt transformator məntəqəsi quraşdırılıb. Rayonun 8 kəndində 0,4 kilovoltluq (kV) şəbəkələr yenidən qurularaq istismara verilib. Digər kəndlərdə də yenidənqurma işləri sürətlə davam etdirilir.
Hazırda rayon mərkəzində 1 ədəd yeni 35 kV-luq yarımstansiya inşa olunur. Son iki ildə rayon ərazisində 0,4 kV-luq şəbəkənin yenidən qurulması məqsədilə 4.510 ədəd dayaq basdırılıb və 93.8 kilometr özünü daşıyan izolyasiyalı naqillər çəkilib. Həmçinin 6-10 kV-luq şəbəkənin mövcud vəziyyətini yaxşılaşdırmaq və yenidənqurma məqsədilə 40 kilometr naqil çəkilməklə 1.142 ədəd 10 kV-luq dayaq yenilənib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info