Bu il qiymətləndirmədə müəyyən dəyişikliklər nəzərdə tutulur
Tarix: 29.06.2017 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


“Azərbaycanda qiymətləndirmə konsepsiyasına görə summativ, formativ və yekun qiymətləndirmə həyata keçirilir. Bunun hansı səviyyədə tətbiqi isə bütün təhsil işçilərinin birgə işləməli olduğu məsələdir”. Bunu Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev deyib. O bildirib ki, formativ qiymətləndirmə ilə əlaqədar bir neçə il əvvəl müəyyən dəyişiklər olub: “Dörd il əvvəl məktəb mühiti başqa reallıqda yaşayırdı. Bir neçə il öncə formativ qiymətləndirmə jurnallarının ləğvi və sərbəst formada müəllim tərəfindən tətbiqi məktəb mühitini tənzimləmək məqsədini daşıyırdı”.
Nazirlik rəsmisi qeyd edib ki, məktəblərdə summativ qiymətləndirmə sahəsində müəyyən problemlər var: “Biz həmişə valideynlərin və cəmiyyətin sifarişini nəzərə almalıyıq. Onlar həmişə qiymət istəyirlər və bu, onlar üçün vacib göstəricidir. Bir çox hallarda qiymətləndirmənin mahiyyətindən uzaqlaşıb onun zahiri tərəflərinə fikir veririk. Məktəblərdəki qiymətləndirmədə “5” ballıq sistemdən istifadə edirik. Burada ikinci böyük problem var, orta qiymət çıxarmaq, “2”dən “3” qiymətinə gəlmək kimi metodoloji məsələlər olur. Həqiqət bundan ibarətdir ki, uşaq kiçik summativ qiymətləndirmələrdə “4” qiyməti alırsa, onun yarım illik qiymətinə “4” yazılır. Uşaqların sona doğru qiyməti əsas götürülməlidir, yoxsa əvvəldəki qiymət? Bu məsələlər hər zaman sual doğurur”.
E. Əmrullayev qeyd edib ki, bu yay ərzində qiymətləndirmə haqqında təlimata müəyyən dəyişiklərin edilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu zaman bu gün mövcud olan bir sıra problemlər nəzərə alınacaq: “Fikrimizcə, qiymətləndirmə muxtariyyəti müəllimdə qalmalıdır. Eyni zamanda, qiymət davasından yavaş-yavaş uzaqlaşmalıyıq. Nazirlik tərəfindən hansısa tənzimləyici alətlər hazırlanmalıdırsa, bunu eşitməyə, dinləməyə və tətbiq etməyə hazırıq. Məsələn, bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir? İstiqamətlərdən biri bu ola bilər ki, aşağı siniflərdə imtahan yükünü azaldaq, I sinifdə summativ qiymətləndirmə, illik qiymət olmasın. Bu istiqamətdə birgə müzakirələr apararaq yekun qərarlar verməliyik”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info