Azərbaycan xalçaları Bolqarıstanda nümayiş etdirilib
Tarix: 29.06.2017 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


İyunun 23-25-də Bolqarıstanın Kotel şəhərində açıq havada keçirilmiş “Adət-ənənələrin canlı alovu” adlı festivalda Azərbaycan xalçaları nümayiş etdirilib.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycan xalçalarının xüsusiyyətləri barədə informasiya təqdim olunub. Bildirilib ki, xalça istehsalı üzrə Azərbaycanın əsasən Bakı, Şirvan, Quba, Qarabağ, Gəncə və Qazax regionları ixtisaslaşır, hər regionun xalçaları naxış, kompozisiya və rəng çalarlarına görə fərqlənir. Qeyd olunub ki, Azərbaycan xalçalarında digər ölkələrin xalçalarından fərqli olaraq ilmələr daha sıx yerləşib və sayı daha çoxdur.
Festivalda Bolqarıstan, İran, Mərakeş və Cənubi Amerika regionunun xalçaları, eləcə də Bolqarıstanda yaşayan müxtəlif xalqların sənəti nümunələri, mətbəx, musiqi, rəqslər və milli geyimləri nümayiş etdirilib. Festivalın açılışına Bolqarıstan Xalq Məclisinin sədr müavini Tsveta Karayançeva da qatılıb.
Azərbaycan xalçaları Mədəniyyət və Turizm Nazirliyi və Xalça Muzeyinin dəstəyi ilə Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən Sofiyada Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyində təşkil edilmiş və 15 iyun-30 iyul tarixlərini əhatə edəcək “Əzəmət nümunələri – Azərbaycan xalq sənəti” adlı sərgidə də nümayiş olunur.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
“Şəhərdən Kəndə” aqroekoturizm layihəsinin icrasına başlanılıb
19.07.2019
Milli Mətbuatın 144 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
19.07.2019
Naxçıvanda 535 milyon 770 min manatdan çox tikinti-quraşdırma işləri görülüb
19.07.2019
Azərbaycanda hərbi cinayətlərin sayı azalıb
19.07.2019
Yerlər dolduğu üçün Bakıda bəzi hotellər satışı dayandırdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info