Magistraturaya daxil olan oğlanların sayı artıb 
Tarix: 29.06.2017 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Magistraturaya daxil olan oğlanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi nəticəsində magistraturaya qəbul olan oğlanların sayı əhəmiyyətli dərəcədə artıb. Bunu təhsil naziri Mikayıl Cabbarov Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə əməkdaşlığı ilə “Universitet və elmi tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda keçirilən beynəlxalq seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ötən il magistraturaya daxil olanların sayı 4700-dən az idisə, bu il onların sayı 6000-dən çox olub. M.Cabbarov bildirib ki, ölkəmizdə universitet və elmi tədqiqat institutları innovativ olmağa çalışırlar.
Nazir qeyd edib ki, universitet və elmi tədqiqat institutlarının elmi fəaliyyətinin nəticələrinin kommersiyalaşdırılması da əhəmiyyət kəsb edir: "Universitetlərin fəaliyyətinin beynəlmiləşdirilməsi mühüm amildir. Hər bir təhsil müəssisəsinin düzgün qurulmuş əqli mülkiyyət siyasəti olmalıdır".
Nazir deyib ki, ölkəmizdəki universitetlərdə piratçılığa qarşı mübarizə aparılsa da, bu işlərin kompleks şəkildə həyata keçirilməsi vacibdir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
22.01.2019
Mübariz Qurbanlı şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib
22.01.2019
Snayperçilərimiz ən çətin atışları icra edib
22.01.2019
Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildi
22.01.2019
Azərbaycan alternativ enerji üzrə bir sıra iri layihələr həyata keçirə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info