Fransa portalı: “Qaçqınlara diqqət Azərbaycan üçün prioritet məsələdir”
Tarix: 29.06.2017 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Qeyd edək ki, Azərbaycanın tarixi torpaqlarının Ermənistan silahlı birləşmələri tərəfindən işğalı və bunun nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə bağlı xarici mətbuatda daimi olaraq yazılar dərc edilməkdədir. Bu yazılarda Ermənistanın işğalçı olması faktı öz təsdiqini tapır. Eyni zamanda, məcburi köçkünlərin daim öz yurd-yuvalarına qayıtmaq barədə düşüncələri də xarici KİV-də əksini tapır.Belə məqalələrdən biri Fransanın https://blogs.mediapart.fr saytında, “Azərbaycanın prioriteti qaçqınlara diqqətdir” adı ilə dərc olunub.
Məqalədə Fransa Respublikası Senatında Beynəlxalq Qaçqınlar Gününə həsr olunan “Avropa və Fransada unudulmuş münaqişələrin nəticələri: uzun müddətdir qaçqın və məcburi köçkün həyatı yaşayanların vəziyyəti və perspektivlər, Azərbaycan nümunəsi” adlı konfransdan danışılıb.
Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın təşəbbüsü, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin, Avropa Robert Şuman İnstitutunun və Ali Milli Müdafiə Araşdırmaları İnstitutunun Paris-İle-de France Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan ərazilərinin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal edildiyi, bu torpaqlardan didərgin düşmüş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılmasına baxmayaraq, onlar daim öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşadıqları vurğulanıb.
Ermənistanın işğalçı siyasətinin dəfələrlə beynəlxalq təşkilatlar, xüsusilə də BMT Təhlükəsizlik Şurası tərəfindən pislənildiyi və bu işğala son qoyulmasına dair qətnamələr qəbul edildiyi diqqətə çatdırılıb.
Yazıda torpaqlarımızın 25 ildir işğal altında olmasından, Xocalı soyqırımından, ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində fəaliyyətindən, Ermənistanın qeyri-konstruktiv mövqeyindən bəhs edilib. Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü tədbirlərə, məcburi köçkünlərin doğma torpaqlarına qayıdacaqları zaman lazımi şəraitlə təmin edilməsini nəzərdə tutan “Böyük qayıdış” proqramına toxunulub.
2016-cı ildə Bakıda “Ermənistan-Azərbaycan Sülh Platforması”nın yaradıldığı, erməni vətəndaş cəmiyyətinin nümayəndələrinin də bu təşəbbüsə qoşulmağa dəvət edilməsinə baxmayaraq, Ermənistan tərəfinin həmişə olduğu kimi, yenə də bu platforma ilə bağlı mənfi reaksiya göstərdiyi bildirilib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info