Rəqəmsal oyunlar texnologiyanın Formula-1-i oldu
Tarix: 29.06.2017 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


Dünyada rəqəmsal oyun bazarı 100 milyard dollardan artıq bir həcmə malikdir. Bunun bütün dünyanın kino və ya musiqi sektorundan daha böyük bir rəqəm olduğu bildirilir. Oyun bazarı konsol, PC, web və mobil oyunlar olaraq ayrılır və yalnız mobil oyun bazarı 40 milyard dollardan artıq bir bazara malikdir. Hazırda ən böyük imkana malik olan isə cib telefonlarıyla oynanan mobil oyunlardır. Yalnız mobil oyun bazarı böyüklüyünə görə musiqi sektorundan və kinoların illik gəlirindən daha böyük bir gəlirə malikdir.
Rəqəmsal oyunların bir də dəstəkləyici bazarlar olduğunu vurğulanır. Oyunların yalnız özünün yaratdığı gəlir deyil, kompüterdən mobil telefona, telekom sektoruna qədər bir ekosistemə təsir etdiyi göstərilir. Bu baxımdan dünyanın ən böyük firmalarının rəqəmsal oyunun birbaşa təsir etdiyi sahələr olduğunu bildirilir.
“Netmarble EMEA”-nın icraçı direktoru Barış Özistek bildirib ki, "Oyunlar həmişə çox yüksək istifadəçiyə görə dizayn edilmək məcburiyyətindədir. Bu texnoloji olaraq çox böyük çətinliklər gətirir. Bir oyunda bir anda 100 min nəfər, 300 min nəfər görmək olar. Hazırda bizim firmamızın bir oyununda bir anda 100 min nəfərdən artıq oyunçu var".
Eyni anda bu qədər insanın birlikdə hərəkət etməsinin çox inkişaf etmiş texnologiya və `know how "tələb etdiyini söyləyən Özistek, "Avtomobil idman yarışlarında Formula-1 nədirsə texnologiyada də rəqəmsal oyunlar odur” deyib.Türkiyə bazarının təxminən 30 milyonluq aktiv oyunçusu və inkişaf səviyyəsi qiymətləndirildiyində kiçik olduğunu deyən Özistek, Türkiyədə təxminən 600 milyon dollarlıq bir oyun bazarından söz edildiyini ifadə edib: “Əsası oyunçu kütləsi 10 yaşından başlayıb 45-50 yaşa qədər təşkil edir. Amma 50 yaşdan yuxarı da ciddi bir kütlə var. Xüsusilə 10-50 yaş arası oyunu çox sıx oynayan bir kütlədir. O, Türkiyənin 2023-ci ildə yalnız oyun sektoru informasiya ixracatı hədəfi olan 1 milyard dollar ixrac edə biləcəyini ifadə edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info