Güləşçilərimiz Avropa çempionatında
Tarix: 30.06.2017 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Almaniyanın Dortmund şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir. Güləşçilərimiz ilk yarış günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Əli Rəhimzadə (60 kq) qızıl, Şahin Muxtarov (50 kq) gümüş, Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) isə bürünc medal əldə edib. Yarışların ikinci günündə 55, 66, 84 və 120 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 2 qızıl və 1 gümüş medalla başa vurublar. Çempionatda 55 kiloqram çəkidə yarışan Əfqan Xaşalov İsveçrə, Ermənistan və Moldovadan olan rəqiblərini üstələyərək adını finala yazdırıb. Keçirdiyi görüşlərdə rəqiblərinə bir xal da verməyən güləşçimiz onlardan 34 xal ala bilib. Həlledici görüşdə Əfqanın rəqibi Bolqarıstanidmançısı olub. Tam üstünlüklə rəqibini məğlub edən güləşçimiz Avropa çempionatının qızıl medalına sahib olub. Mahal Novruzov (66 kq) da finaladək inamla güləşib. Güləşçimiz ardıcıl olaraq Estoniya, Ukrayna və Bolqarıstandan olan rəqiblərini tam üstünlüklə məğlub edib. Komanda yoldaşı kimi o da rəqiblərinə xal verməyib və ümumilikdə 32 xal qazanıb. Final görüşündə güləşçimiz Rusiya idmançısına uduzub və çempionatın gümüş medalına yiyələnib. Hacımurad Məhəmmədsəidov (84 kq) da adını finala yazdırıb. Təmsilçimiz ardıcıl olaraq İtaliya, Gürcüstan və Ermənistandan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə Hacımurad Rusiya idmançısına da qalib gəlib və çempionatın qızıl medalını qazanıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info