İraq ordusu Mosulda nəzarəti tam ələ keçirib
Tarix: 30.06.2017 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


İraqın Müdafiə Nazirliyi Mosul şəhərinin bütün rayonları üzərində nəzarəti ələ keçirdiyini bildirib. İraqın terror əleyhinə idarəsinin döyüşçüləri və xüsusi təyinatlı dəstələr Mosulun mərkəzinə yerləşən və qruplaşma lideri Bağdadinin xəlifə elan olunduğu “ən-Nuri” məscidinin yerləşdiyi əraziyə yekun hücuma keçərək burada müdafiə olunan təxminən 200 “İŞİD” silahlısının müqavimətini qırmağa nail olub. Xatırladaq ki, Mosul şəhəri uğrunda irimiqyaslı əməliyyatlar oktyabrın 17-də səhər saatlarında başlayıb. 1,3 milyon əhalisi olan İraqın ən böyük 2-ci şəhəri 2 ildən artıq müddət ərzində “İŞİD” qruplaşmasının nəzarəti altında olub. Son zamanlar ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə İraqın eyni zamanda bir neçə güc strukturu Mosul şəhəri uğrunda hərbi əməliyyatlar aparırdı. Mosulun şərqindəki bəzi məhəllələrə daxil olan hökumət qüvvələri son zamanlar “İŞİD”-in güclü müqavimətinə baxmayaraq şəhərin böyük hissəsi üzərində nəzarətə yiyələnə bilmişdi. Ölkənin bir hissəsini nəzarəti altına alan “İŞİD” qruplaşmasının fəaliyyəti nəticəsində İraqda gərgin vəziyyət hələ də davam edir. Silahlıların hücumları və təxribatları nəticəsində hökumət qüvvələri xeyli itki verir. 2014-2015-ci illərdə “İŞİD” qruplaşması Ənbar əyalətinin böyük hissəsini ələ keçirməyə müvəffəq olsa da son zamanlar İraq ordusu bir çox rayonu nəzarətə götürə bilib. Hazırda əyalətin Suriya ilə sərhəddə yerləşən bəzi hissələri qruplaşmanın əlindədir. Onu da qeyd edək ki, İraqda “İŞİD” terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin 2014-cü ilin yayında "İslam xilafəti"ni elan etdiyi Mosuldakı Əl-Nuri məscidi terrorçulardan təmizlənib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info