Yaponiyanın Baş naziri ilə Qətərin Əmiri arasında telefon danışığı olub
Tarix: 30.06.2017 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Yaponiyanın Baş naziri Şinzo Abe ilə Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani arasında telefon danışığı olub. Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, tərəflər regiondakı vəziyyət və iki dövlət arasında qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Baş nazir Qətər ətrafında son vaxtlar cərəyan edən hadisələrə toxunaraq regionda sabitliyin qorunmasının böyük əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, terrorçuluqla və ekstremizmlə mübarizənin gücləndiyi bir vaxtda ərəb dövlətləri arasında baş verən mübahisələr dialoq yolu ilə həll edilməlidir. Baş nazir əlavə edib ki, Yaponiya Küveytin vasitəçilik missiyasını dəstəkləyir və problemin sülh yolu ilə həllinə tərəfdardır. Şeyx Təmim bin Həməd Al Tani bildirib ki, Qətər Dövləti Yaponiya ilə münasibətlərə xüsusi önəm verir və baş verənlərə baxmayaraq, Gündoğar ölkəyə enerji daşıyıcılarının çatdırılmasında heç bir problem olmayacaq. Əmir əlavə edib ki, qonşu ölkələrlə münasibətlərə gəlincə, Qətər vəziyyətin kəskinləşməsini istəmir və problemin sülh yolu ilə həllinə tərəfdardır. Ş.Abe qeyd edib ki, Qətər Yaponiya üçün mühüm əhəmiyyətə malikdir və ölkəsi iki tərəf arasında yalnız enerji sahəsində deyil, həmçinin siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişaf etdirilməsi niyyətindədir.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info