“AMEA-da yeni yaradılan şöbələrə aktiv alimlər cəlb ediləcək”
Tarix: 26.04.2013 | Saat: 23:09:00 | E-mail | Çapa göndər


“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin indiki strukturu bu gün üçün yararlı deyil. Bu strukturda xeyli sayda şişirtmələrə yol verilib. O strukturun çox hissəsini ləğv edib, yeni şöbələr yaradacağıq”.
Bu fikirləri AMEA prezidenti Akif Əlizadə bildirib. Onun sözlərinə görə, artıq bununla bağlı AMEA-nın akademik-katibi Rasim Əliquliyevə tapşırıq verilib: “Yeni yaradılan şöbələrə aktiv alimlər cəlb ediləcək. Rəyasət Heyətindən sonra AMEA-nın institutlarında da ixtisarlar ola bilər”. Akif Əlizadə deyib ki, akademiyada islahatlar mütləq olmalıdır. İslahatlar olmasa, Akademiya geriləyə bilər. İslahatların aparılması artıq zərurətdir. Onun sözlərinə görə, islahatlar müxtəlif səviyyələrdə və formalarda aparılacaq: “Akademiya institutlarının son 10 ildəki fəaliyyətinin qiymətləndirilməsi aparılacaq. Artıq bununla bağlı tapşırıq verilib. Qiymətləndirmə nəticəsində institutların reytinqi müəyyən olunacaq. Bunu tələsik eləmək, səhvə yol vermək olmaz. Qiymətləndirmə zamanı elmi nailiyyətlər, kadr hazırlığı, indeksli jurnallarda çap olunan məqalələrin sayı nəzərə alınacaq. İndiyədək bu istiqamətdə addımlar atılmayıb. Ona görə də həyata keçiriləcək işlər düşünülmüş olmalıdır”. AMEA rəhbəri qeyd edib ki, gənclərin əksəriyyəti akademiyadakı məvacibə baxaraq elmə gəlmir: “Amma elə gənclər də var ki, qəlbi ilə elmə bağlıdır və heç bir çətinliyə baxmır. Biz gərək həmin gənclərin yaşayış şəraitini yaxşılaşdıraq”.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info