İtaliya miqrant axınının qarşısını almaq üçün limanlarını bağlayır
Tarix: 30.06.2017 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Avropa İttifaqında terrorizmə qarşı mübarizə çərçivəsində cinayətkar keçmişi olan insanların vahid məlumat bazası yaradılır

Avropa Komissiyası terrorizm və radikallaşma ilə mübarizə çərçivəsində Avropa İttifaqı nəzdində cinayətkar keçmişi olan insanlar haqqında vahid məlumat bazasını yaratmağı təklif edir. Yaradılması təklif edilən vahid baza ancaq Avropa İttifaqına üzv olmayan ölkə vətəndaşlarına şamil ediləcək. Bu barədə Avropa İttifaqının gender və istehlakçı hüquqları üzrə komissarı Vera Yurova məlumat verib. O, Brüsseldə jurnalistlərə verdiyi açıqlamada bildirib: “Nəzərdə tutulan yeni sistem barmaq izləri də daxil olmaqla, ittifaqa daxil olmayan ölkə vətəndaşlarının keçmiş cinayətləri barədə məlumatı ehtiva edəcək”. Yurovun sözlərinə görə, yaradılacaq bazaya çıxış Avropa İttifaqı ölkələrinin hüquq-mühafizə orqanlarının əməkdaşları üçün açıq olacaq. Təbii ki, bütün bu sadalananlar elə də bir yenilik kimi, qəbul edilməməlidir. Çünki Avropanın aparıcı ölkələri bu ərazilərə üz tutun miqrantlara qarşı elə də xoş münasibət nümayiş etdirmirlər. Əslində, axtarsan, miqrantların öz doğma yerlərindən didərgin düşməsinin səbəbkarlarnıdan bir də məhz Qərb dövlətləridir. İtaliya miqrant axınının qarşısını almaq üçün limanlarını bağlamaq niyyətindədir. Bu barədə “La Repubblica” qəzeti yazıb. İtaliya mətbuatının verdiyi son məlumata görə yaxın günlərdə ölkəyə 12 minə yaxın miqrantın gələcəyi gözlənilir. “La Repubblica” yazır ki, İtaliyanın Avropa İttifaqındakı nümayəndəsi Maurisio Massari bu barədə Aİ-nin daxili işlər üzrə komissarı Dimitris Avramopulosu məlumatlandırıb. “Mövcud kritik vəziyyəti nəzərə alaraq, İtaliya öz limanlarında qeyri-italyan gəmilərinin qəbuluna artıq zəmanət verə bilmir”- deyə M.Massari bildirib. Son günlər ərzində İtaliya Sahil Mühafizəsi tərəfindən 9 minə yaxın qeyri-qanuni miqrant xilas edilib. İlin əvvəlindən dəniz vasitəsilə Avropaya 77 mindən çox yaxın qeyri-qanuni mühacir daxil olub. Aralıq dənizini qət etməyə çalışarkən onlardan təxminən 2000 nəfəri ölüb. İtaliyanın “la Stampa” nəşrinin məlumatına görə, miqrantlarla bağlı baş verən böhran fonunda ölkənin daxili işlər naziri ABŞ-a uçuş zamanı öz təyyarəsini baş nazir Paolo Gentiloni ilə görüşmək üçün geri qaytarmaq məcburiyyətində qalıb. “RİA Novosti”nin məlumatına görə, İtaliyanın sahil təhlükəsizlik xidməti son günlər batmaqda olan 8500-dən artıq miqrantı xilas edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info