Kərəm Həsənov Gəncədə vətəndaşları qəbul edib
Tarix: 26.04.2013 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov Gəncə və ətraf rayonlardan (Göygöl, Samux, Daşkəsən, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Naftalan) olan vətəndaşları qəbul edib.
Şikayətlər əsasən daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı olub. K.Həsənov jurnalistlərə açıqlamasında qeyd edib ki, vətəndaşlar müxtəlif suallarla müraciət ediblər: “Bəzi müraciətləri yerindəcə həll etdik. Bir sıra müraciətlər isə araşdırma tələb edir. Bununla bağlı vətəndaşları yenidən dəvət etdik ki, onların işlərinə baxılsın. Bəzi müraciətlər sənəd çatışmazlığına görə idi. Biz qeydiyyat orqanı olduğumuza görə son sənədləşmə dövlət reyestr xidmətində aparılır. Sənədləşmə aparılana qədər müxtəlif təşkilatlardan, müxtəlif sahələrdən müvafiq sənədlər tələb olunur. Sənədlərin hansısa olmayanda və ya çatışmazlıqlar olanda biz son sənədi verməmək məcburiyyətində qalırıq”. K.Həsənov bildirib ki, bəzi müraciətlər komitəyə aid olmasa da, qurumun mütəxəssisləri vətəndaşlara bu sahədə tövsiyələr veriblər.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info