“Mənzillərlə bağlı namizədliyi irəli sürülən bəzi jurnalistlərin sənədlərində saxtakarlıqlar aşkarlanıb”
Tarix: 30.06.2017 | Saat: 15:42:00 | E-mail | Çapa göndər


"Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu ildən fəaliyyət göstərir. Biz o dövrdə redaksiyalardan mühasibatlıq sənədlərini tələb edirdik. Redaksiyaların 90 faizində mühasibatlıq sənədləri yox idi".
 
Bunu bu gün Avropa İttifaqının maliyyə dəstəyi ilə Jurnalist Həmkarları İttifaqı və Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən həyata keçirilən "Cənubi Qafqazda jurnalist həmkarlar təşkilatlarının bacarıqlarının inkişaf etdirilməsi" layihəsi çərçivəsində təşkil edilən "Azərbaycanda jurnalist həmkarları ittifaqlarının durumu və gələcək inkişaf meylləri" mövzusunda konfransda Fondun rəhbəri Vüqar Səfərli deyib.
 
V. Səfərli bildirib ki, həmin vaxt redaksiyaların çoxunda əmək müqavilələri olmayıb, əmək haqları "paket" halında verilib: "Bu gün də redaksiyaların 10 faizində əmək müqavilələri ilə bağlı vəziyyət yenə belədir, əmək müqavilələri yoxdur. Redaksiyalar bir sıra halda jurnalistlərin əmək haqlarını aşağı göstərir. Onlar 22 faiz sosial ödənişlərlə bağlı bu addımı atırlar. Əmək müqaviləsi bildirişi sistem artıq tətbiq olunur, əmək müqavilələri ilə bağlı məlumat avtomatik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemində yerləşdirilməlidir. Jurnalistlər bunu bilməlidirlər".
 
V. Səfərli qeyd edib ki, yeni binada mənzil almaq üçün namizədliyi irəli sürülən jurnalistlərin əmək stajı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğular göndərilib: "2006-cı ildən əmək fəaliyyəti ilə bağlı bütün məlumatlar qeydə alınıb, elektron qaydada saxlanılır, sosial kartlar mövcuddur. Şübhə doğuran jurnalistlərin əmək stajı ilə bağlı sorğulara cavablardan məlum olub ki, bir çox halda əmək kitabçasına iş stajı barədə möhür vurulub, ancaq bu, saxtadır. Bu, əslində cinayətdir".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info