“Musiqi Bayramı -2” tədbiri keçirilib
Tarix: 30.06.2017 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


“Excelsior Hotel & Spa Baku” otelində “Musiqi Bayramı-2” tədbiri keçirilib. Musiqi konsertində “Excelsior Hotel & Spa Baku” otelinin HR meneceri Kamran Rzayev, uzun müddət “AtaTravel” MMC-nin əməkdaşı olan Araz Hümbətli və otelin stajoru Rəşid Əliyev Azərbaycan və xarici dillərdə mahnılar ifa ediblər.
Qonaqlar böyük həvəslə tədbirdə səslənən “Sənə də qalmaz”, “Love Story”, “Better Together”, “So Beautiful”, “Hotel California”, “How deep is your Love” və bir çox nəsillər tərəfindən sevilən populyar kompozisiyaları dinləyiblər. Tamaşaçılar ifaçıları dəfələrlə bir daha səhnəyə dəvət etdilər və onlara gül dəstələri təqdim ediblər.
“AtaHolding” Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova qeyd edib ki, tədbir holdinqin daxili kommunikasiya planına uyğun olaraq keçirilib. İkinci dəfə keçirilən “Musiqi bayramı” əvvəlki tədbirdə olduğu kimi mahnıların canlı ifası atmosferində böyük uğurla keçib.
“Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən ibarətdir.

Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info