ADPU-da yaz semestrinin imtahan sessiyası başa çatıb
Tarix: 30.06.2017 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı müvafiq əmrə uyğun olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2016-2017-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası iyun ayının 30-da başa çatıb. Qeyd edək ki, ADPU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan hər bir şikayətin çevik şəkildə araşdırılıb lazımi ölçü götürülməsi universitet rəhbərliyinin daim diqqət mərkəzində olub. İmtahanlar qrafikə uyğun olaraq hər gün saat 9:00-da başlayıb, 17:30-da başa çatıb. Yazılı imtahanlar gün ərzində 3 dəfə- saat 9:00, 12:00, 15:00-da keçirilib. Test üsulu ilə gün ərzində hər 45 dəqiqədən bir imtahanlar keçirilib. Gün ərzində təxminən 2700 nəfər tələbə imtahan verib. Onlardan 1500 nəfəri test üsulu ilə, 1200 nəfəri isə yazılı imtahan verib.
Bütün imtahanların nəticələri günün sonunda ADPU-nun İnternet saytına yerləşdirilib. İmtahan prosesinə heç bir kənar müdaxilə yol verilməyib, tələbələrə biliklərini nümayiş etdirmək üçün lazımi şərait yaradılıb. Məlumat üçün bildirək ki, sessiya müddətində ADPU-nun İmtahan Qərargahına 96 müraciət daxil olub. Onlardan 60-ı yazılı qaydada verilən imtahanlarla, 36-sı isə test üsulu ilə verilən imtahanlarla bağlı olub. Yazılı qaydada verilən imtahanlarla bağlı müraciət edən 60 nəfərin 44 nəfərinin imtahan zamanı telefondan istifadə etdiklərinə görə, 16 nəfərin isə konspektdən istifadə etdiklərinə görə işləri protokollaşdırılıb və onların imtahan nəticələri ləğv edilib. Test üsulu ilə verilən imtahanlarla bağlı müraciət edən 38 nəfərdən 18-nin adı “qara siyahı”dan çıxarılıb və onların yenidən imtahana buraxılması təmin edilib, digərləri barədə isə müvafiq qərarlar qəbul edilib. Apelyasiya Komissiyasına isə 1055 müraciət daxil olub. Onlardan 905-i yazılı qaydada verilən imtahanlarla bağlı, 150-si isə test üsulu ilə verilən imtahanlarla bağlı olub. Araşdırılan 878 müraciətdən 451-i müsbət əldə edilib, digərləri isə qüvvəsində qalıb. Qalan müraciətlər araşdırılır. Məlumat üçün onu da qeyd edək ki, müxtəlif üzürlü səbəblərdən imtahanlarda iştirak edə bilməyən tələbələrin imtahanlarının iyunun 5-də başa çatdırılması nəzərdə tutulub. Bunlarla yanaşı, imtahan sessiyasında müvəffəq qiymət ala bilməyən IV tədris ilinin tələbələrinə sessiya müddətində yenidən imtahan verərək dövlət imtahanlarına buraxılmaq imkanı yaradılıb. Eyni zamanda Təhsil Nazirliyinin son məlum əmrinə uyğun olaraq ADPU-da tələbələrə 2 fənni dinləmədən iyulun 7-dək akademik kredit borclarını ödəmək üçün lazımi şərait yaradılıb. Həmçinin universitetdə valideynlərlə əlaqələrin yaradılmasına, təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin, təhsil ekspertlərinin imtahan prosesini izləmələrinə də xüsusi diqqət yetirilib ki, bu da ictimaiyyətdə imtahanların gedişi barədə düzgün təsəvvürün formalaşdırılmasına xidmət edib. İmtahan prosesində nizam-intizam, səliqə-sahman təmin olunub, bütövlükdə imtahan prosesi mütəşəkkil təşkil edilib. ADPU-nun 5 filialında-Ağcabədi, Şəki, Şamaxı, Quba və Cəlilabad filiallarında, həmçinin ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində də yaz semestrinin imtahan sessiyası şəffaf və ədalətli keçirilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov hər gün imtahan zallarında olaraq imtahan prosesini müşahidə edib, imtahanların çevik, şəffaf və obyektiv keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib. ADPU-da fəaliyyət göstərən İctimai Şura da imtahan prosesinə ciddi nəzarət edib. Bütövlükdə ADPU-da imtahan sessiyasının normal mənəvi-psixoloji şəraitdə, obyektiv keçirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib və sessiya uğurla yekunlaşıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info