İsa Həbibbəyli AMEA əməkdaşlarının mənzil bölgüsü ilə bağlı məsələyə münasibət bildirib
Tarix: 30.06.2017 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA əməkdaşlarının mənzil bölgüsü ilə bağlı mətbuatda yayılmış fikirlərə münasibət bildirib. AMEA-dan APA-ya verilən məlumata görə, İ. Həbibbəyli Akademiyada mənzil bölgüsü ilə əlaqədar narahatlıq keçirən elm adamlarının vəziyyətini başa düşdüyünü bildirib.
İ. Həbibbəyli deyib ki, uzun illər kirayədə və yataqxanada yaşayan əməkdaşların elmi fəaliyyətlə də səmərəli şəkildə məşğul olmalarını müsbət qiymətləndirilir: “İmkanım daxilində onlardan bir neçəsinə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi qazanmaqda yaxından köməklik göstərmiş və dəstək vermişəm. Azərbaycan Milli Elmlər Akademiyası elm adamlarının sosial vəziyyətinin yaxşılaşdırılması, bu sahədə illərdən bəri yığılıb qalmış problemlərin həll edilməsi üçün addımlar atmaqda davam edir. Alimlərimizdən 54 ailəyə mənzil verilməsi son on ildə bu istiqamətdə həyata keçirilmiş ilk mühüm addımdan biridir. Bütün narazılıqlara baxmayaraq, bu addımı həm də dəyərləndirmək lazımdır. Hazırda əməkdaşların mənzillə təmin edilməsi istiqamətində yeni imkanlar araşdırılır. Akademiyaya məxsus torpaq sahələrində çoxmərtəbəli binaların tikilməsi və elm adamları üçün münasib ipoteka yolu ilə əməkdaşlara verilməsi üçün müxtəlif təşkilatlarla iş aparılır. Kütləvi informasiya vasitələrində mənzil bölgüsü ilə əlaqədar verdiyim müsahibənin fərqli anlaşılmasına da aydınlıq gətirmək istəyirəm. Məsələ belə olub: mənzil bölgüsündən dərhal sonra fərqli institutlardan olan 2 nəfər əməkdaş mənə ciddi narazılıqlarını bildirmişdilər. Onlardan biri kirayədə yaşasa da, hələ də mənzil növbəsinə dayanmamışdı. Mən də bunu nəzərə alaraq mənzil məsələsi ilə əlaqədar kirayədə olanların heç də hamısının haqlı olmadığını qeyd etməli olmuşdum. “Haqlı deyil ki” ifadəsinin “ağıllı deyil ki” kimi səslənməsini çox təsadüfi fonetik səsləşmə hesab edir, üzürlü qarşılanacağını düşünürəm. Fikrimcə, müsahibəmdəki məntiqi mənada şikayətçilərin bir qisminə, mənim nəzərimdə isə konkret olaraq mənə müraciət edən haqsız şikayətçiyə ünvanlandığı aşkar görünən “hamısı deyil ki” ifadəsinin ümumiləşdirilib hamıya aid edilməsi də qeyri-elmidir. Əlbəttə, arzu edərdik ki, ehtiyacı olanların hamısı mənzillə təmin olunsunlar. Təəssüf ki, illərdən bəri AMEA-da mənzil almaq üçün qeydiyyatı olanların sayı mənzil almış ailələrdən bir neçə dəfə çoxdur. Ona görə də yenə də o fikirdəyəm ki, ilk növbədə daha haqlı olan əməkdaşlar mərhələli şəkildə mənzil almaq imkanı əldə etməlidirlər”.
Qeyd edək ki, AMEA ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanındakı yataqxananın ərazisində yeni inşa edilən binalardan həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmi işçilərin AMEA-ya ayrılmış mənzillərə köçürülməsi üçün mənzillərin bölüşdürülməsi işinə başlanılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info