Gələn ay Azərbaycana ikinci «Airbus A-340» təyyarəsi gətiriləcək
Tarix: 26.04.2013 | Saat: 23:15:00 | E-mail | Çapa göndər


«Azərbaycan Hava Yolları» QSC (AZAL) aviaparkının genişləndirilməsini davam etdirir.
AZAL-ın xidmət rəisi Məhərrəm Səfərlinin verdiyi məlumata görə, may ayında aviaşirkətin aviaparkına sayca ikinci «Airbus A-340» təyyarəsinin əlavə olunacağı gözlənilir: «Bundan başqa, may ayından etibarən AZAL Braziliya istehsalı olan «Embraer» təyyarələrini alacaq. Ümumiyyətlə, bu tipli 6 avialayner alınacaq ki, bunlardan ikisi «Embraer-170», 4-ü isə «Embraer-190» olacaq». Qeyd edək ki, aviaşirkətin parkına birinci «Airbus A-340» artıq gətirilib və hazırda heyət bu təyyarədə təlim uçuşları keçirir. Sözügedən təyyarənin alınması AZAL aviaşirkətinə tarixində ilk dəfə uzun məsafəli birbaşa uçuşların gerçəkləşdirilməsinə şərait yaradıb. Belə ki, mayın 10-da açılacaq Bakı-Pekin-Bakı aviareysi üzrə uçuşlar məhz «Airbus A-340» təyyarəsi ilə yerinə yetiriləcək. Bununla yanaşı, AZAL-ın aviaparkına 2014-cü ildə «Boeing-787 Dreamliner» təyyarəsi əlavə olunacaq.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info