ADTGT Belçikada rəsmi şəxslərlə Dağlıq Qarabağ mövzusunda müzakirələr aparıb
Tarix: 30.06.2017 | Saat: 22:01:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) icra etdiyi “Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və həqiqətləri barədə beynəlxalq ictimaiyyətə yönələn çağırışlar” adlı beynəlxalq informasiya və ictimai dəstək xarakterli layihə çərçivəsində Belçika Krallığında parlament və hökumət strukturlarında görüş və müzakirələr keçirilmişdir.

İlk görüş Brüssel bölgə hökumətinin dövlət naziri və eyni zamanda millət vəkili və Saint-Josse ten Noode burqomisteri (bələdiyyə başçısı) olan Emir Kırla keçirildi. ADTGT sədri Asif Əsgərli və sədr müavini Gülnarə Bağırova belçikalı siyasətçiyə Azərbaycanın Avropaya inteqrasiya siyasəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin real vəziyyəti, həqiqətləri, işğal və həll yolları haqda geniş və ətraflı məlumat verdilər və səlahiyyətləri çərçivəsində ölkəmizin ədaləti mövqeyinin dəstəklənməsini ondan xahiş etdilər. Qarşılıqlı keçən müzakirədə Şuranın dəstəyi ilə ADTGT-nin həyata keçirdiyi layihə və eləcə də gələcəkdə Belçika və Azərbaycan QHT-lərinin birgə layihə imkanları barədə fikir mübadiləsi aparıldı.

Növbəti görüş və müzakirələr Belçika Federal Parlamentində, Senatında və Flaman Parlamentində nüfuzlu siyasi xadimlərlə, müxtəlif siyasi partiya rəhbərləri və təmsilçiləri ilə oldu. Federal Parlamentin deputatı, Belçika Senatının üzvü və eyni zamanda Belçika-Azərbaycan dostluq qrupunun rəhbəri Alain Destexhlə, federal millət vəkili, Belçika Yaşıllar (Groen) Partiyasının sədri Məryəm Almacıyla və digər senator və deputatlarla keçirilən görüşlər və aparılan müzakirələr də çox maraqlı oldu. Azərbaycan, Dağlıq Qarabağ həqiqətləri haqda bilgilən belçikalı rəsmilər də status-kvonun aradan qaldırılmasını, münaqişənin sülh yolu ilə, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini qeyd etdilər. Azərbaycanla Belçika və hər iki ölkənin QHT-ləri arasında əməkdaşlığın genişləndirilməsini vurğulayan avropalı senator və millət vəkilləri ölkəmizin multikulturalizm ənənə və təcrübəsinin bu sahədə önəmli istiqamət kimi götürülə biləcəyini bildirdilər.

ADTGT rəhbərliyi görüşlərdə avropalı qonaqlara Şuranın dəstəyi ilə ADTGT-nin hazırladığı Azərbaycan və Qarabağla bağlı kitabça, disk və digər çap və audio-vizula materillar və xatirə hədiyyələri təqdim etdilər və onları yaxından tanış olmaq üçün ölkəmizə dəvət etdilər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info