Estoniya Avropa İttifaqında sədrliyi qəbul edir
Tarix: 01.07.2017 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


İyulun 1-də Estoniya Avropa İttifaqında rotasiya qaydasında sədrlik edən ölkə olacaq. Estoniya bu səlahiyyətləri Maltadan qəbul edəcək və altı ay ərzində icra edəcək. Bu, Estoniya tarixində Aİ-də ilk prezidentlik olacaq. Estoniyanın sədrlik devizi belədir: “Tarazlıq vasitəsilə birlik”. Bu deviz ənənəvi mədəniyyət, təbiət və yeni texnologiyalar arasında daimi tarazlıq axtarışını əks etdirir. Estoniya Avropa İttifaqı üçün aktual məsələlərə diqqət yetiriləcəyini vəd edir. Belə məsələlər arasında ən başlıcası rəqəmsal texnologiyalar ilə bağlı olacaq. Hazırda Estoniyanın inkişaf etmiş informasiya texnologiyaları ölkəsi kimi məşhur olduğunu nəzərə alsaq, təəccüblü deyil ki, o, əsas diqqəti özünün başlıca nailiyyətləri üzərində cəmləşdirməyə çalışacaq. Estoniya Aİ-də prezidentlik estafetini əvvəlcə planlaşdırılandan yarım il tez qəbul edir, çünki məlum Brexit məsələsi ilə əlaqədar, Böyük Britaniya bu vəzifədən imtina edib. Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Estoniyanın baş naziri Yuri Ratas ilə birgə mətbuat konfransında deyib ki, Estoniyanın rəhbərliyi dövründə Aİ Şurasında sədrlik etibarlı əllərdə olacaq. J.Yunker Estoniyanın Aİ Şurasında sədrliyi dövründə ilk növbədə rəqəmsal texnologiyalarla bağlı məsələlərdə irəliləyiş gözləyir. Baş nazir Ratas deyib: “Vahid rəqəmsal bazarın əsas şərti məlumatların Avropada sərbəst yerdəyişməsidir. Bu məqsədə nail olmaq üçün həm qar4şılıqlı etimad və təhlükəsizlik gücləndirilməli, həm də kibertəhlükəsizlik məsələlərinə diqqət artırılmalıdır”.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info