İstanbulda diplomatiya və vasitəçilik mövzusuna həsr olunan konfrans
Tarix: 01.07.2017 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


İstanbulda Türkiyənin dünyadakı münaqişələrin sülh yolu ilə həlli və vasitəçilik məsələlərinə verdiyi əhəmiyyət çərçivəsində “Güclü diplomatiya, effektli vasitəçilik” mövzusunda IV İstanbul Vasitəçilik Konfransı keçirilir. Rəsmi açılışdan əvvəl vasitəçilik missiyasının əhəmiyyətinə dair sənədli film nümayiş olunub. Filmdə konfransın əhəmiyyəti barədə fikir və mülahizələrini bölüşən dünyanın tanınmış siyasətçiləri, diplomatlar və mütəxəssislər vasitəçilik missiyasının dünyada sülh və əmin-amanlıq naminə əhəmiyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, vasitəçilik davamlı bir beynəlxalq sülh marafonudur. Məlumat verilib ki, vasitəçilik mövzusu Türkiyə və Finlandiyanın Birləşmiş Millətlər Təşkilatında “Sülh Naminə Vasitəçilik” təşəbbüsünə rəhbərlik etdiyi gündən indiyədək qlobal miqyasda yüksələn xətlə inkişaf etməkdədir. Həmin təşəbbüsün nəticəsi kimi yaradılan Vasitəçilik Üzrə Dostlar Qrupunun bu gün 48 ölkə və 5 beynəlxalq təşkilat olmaqla ümumilikdə 53 üzvü var. Panellər üzrə davam edən konfransda dünyanın hər tərəfindən gəlmiş mütəxəssislər, diplomatlar, praktiklər və alimlər qabaqcıl metod kimi münaqişələrin qarşısının alınmasında və həllində vasitəçiliyin inkişaf etdirilməsi yollarını araşdırırlar. Qeyd edək ki, Türkiyə 2012-ci ildən başlayaraq İstanbul Vasitəçilik konfranslarına ev sahibliyi edir. Bu konfranslar münaqişələrin qarşısının alınması və vasitəçilik fəaliyyəti sahəsində çox sayda praktik və alimin bir araya gətirilməsi qayəsi ilə təşkil olunur.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info