BMT-dən Qətərə dəstək
Tarix: 01.07.2017 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


“Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir məsələnin sülh yolu ilə həll üçün tədbirlər görməlidirlər”
“Mənzil qərargahı Qətərdə yerləşən "Əl-Cəzirə" telekanalının bağlanması tələbi ilə çıxış etmək ifadə azadlığına qarşı qəbuledilməz bir hücumdur”. Bu fikirləri jurnalistlərə verdiyi açıqlamada İnsan Hüquqları üzrə BMT Ali Komissarı Rupert Colvill deyib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyn Küveytin vasitəçiliyi ilə Qətərin dövlət orqanlarına öz tələblərini ifadə edən siyahı göndəriblər. Məsələnin başlıca mahiyyəti dörd ərəb dövlətinin Qətərdən əsas tələbləri İranla diplomatik əlaqələri kəsmək, Türkiyənin ölkə ərazisində yerləşən hərbi bazasını və "Əl-Cəzirə" peyk kanalının ləğvi ilə bağlıdır. Bu tələblərin həyata keçirilməsi üçün Qətər dövlətinə 10 gün vaxt verilib. Qeyd edək ki, Qətərə qarşı irəli sürülən bu tələbləri qeyri-real tələb kimi dəyərləndirən rəsmi Doha onların yenidən nəzərdən keçirilməsinə ehtiyac olduğunu bəyan edib. Onu da xatırladaq ki, artıq Doha üçün tələblərin yerinə yetirilməsi müddəti bazar ertəsi başa çatır. “Siz ona tamaşa edib-etməməyinizdən, sevib-sevməməyinizdən, redaksiya heyəti ilə razılaşıb-razılaşmamanızdan asılı olmayaraq "Əl-Cəzirə" ərəb və ingilis dillərində yayımlanan və milyonlarla tamaşaçıya malik legitim bir media orqanıdır. Telekanalın bağlanmasına çağırış ifadə azadlığına qarşı bir hücum olduğu üçün qəbul edilə bilməz” - deyə Rupert Colvill bəyan edib. Kolvillin fikrincə, bu dövlətlərin telekanalla hər hansı bir problemi mövcuddursa, onlar bunu açıq şəkildə müzakirə etmək hüququndan yararlana bilərlər. Lakin onların telekanalın bağlanması tələbi ilə çıxış etmələri tamamilə əsassız bir tələbdir: “Bu, həqiqətən baş verərsə, Pandora qutusu açılmış olacaq. Belə olan halda güclü dövlət və ya qruplar ifadə azadlığı hüququna ciddi xələl yetirmiş olacaqlar”. BMT səlahiyətlisinin sözlərinə görə, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir öz vətəndaşlarının və digər dövlətlərin vətəndaşlarının hüquqlarına hər hansı bir mənfi təsiri olmadan məsələnin sülh yolu ilə həll üçün tədbirlər görməlidirlər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info