Kissincer ABŞ-la Rusiya arasında vasitəçilik edir
Tarix: 01.07.2017 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


ABŞ-ın sabiq dövlət katibi: “Dünya qloballaşıb və yeni texnologiyaların təsiri çoxalıb. Tarixi mövqeləri nəzərə alaraq düşünürəm ki, Rusiya-Amerika münasibətlərində növbəti mərhələnin başlanğıcındayıq”
Hamburqda “Böyük iyirmilik” ölkələrinin sammitinə ciddi hazırlıq gedir. Əksər ekspertlər hesab edir ki, sammitdə əsas diqqət ABŞ, Rusiya və Türkiyə dövlət başçılarının üzərində olacaq. Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Avropa ilə münasibətlərin gərginləşməsindən sonra ilk dəfə Almaniyaya səfərə gedir. Onun ABŞ-a səfəri zamanı mühafizəçiləri ilə aksiya iştirakçıları arasında yaşanan qalmaqaldan sonra Amerika məhkəməsi həmin mühafizəçilərlə bağlı axtarış elan edib. İndi həmin mühafizəçilər ABŞ-la müvafiq müqaviləsi olan ölkələr tərəfindən saxlanıla və Vaşinqtona təhvil verilə bilər. Dövlətlər bu hüquqdan istifadə etməkdə sərbəstdirlər. Almaniya həmin mühafizəçiləri saxlayacağını açıqlayıb. Deməli Ərdoğan Almaniyada həmin mühafizəçilərinin xidmətindən istifadə edə bilməyəcək. Digər bir detal Ərdoğanın Almaniyada mitinq keçirək istəyi ilə bağlıdır. Artıq Almaniya rəsmiləri mitinqə qarşı olduqlarını bildiriblər. Hətta onun səfərinin ləğvi də tələb edilir. Bir sözlə Ərdoğanla bağlı məsələ samitin gündəliyində əsas yerlərdən birini tutacaq. ABŞ və Rusiya dövlət başçılarının sammit çərçivəsində görüşəcəyi artıq dəqiqləşib. Ağ Ev və Kreml tərəfindən görüşlə bağlı rəsmi məlumat yayılıb. Görüşün təşkili ilə bağlı vasitəçiliyi ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer edir. Məşhur siyasətçi artıq Moskvaya səfər edərək Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, prezident və sabiq dövlət katibi arasında mehriban dost münasibətlər mövcuddur və onlar imkan düşdükcə görüşürlər. Henri Kissincer Moskvada keçirilən təbirlərin birində çıxış edib. O, qeyd edib ki, Rusiya və ABŞ gec-tez anlaycaqlar ki, birlikdə hərəkət etməli və gələcəkdə yaratmaq istədikləri dünyaya ümumi baxış ortaya qoymalıdırlar. Politoloq tərəflər arasında dialoqun vacib olduğunu açıqlayıb: “Böhran vəziyyətlərindən çıxma ilə bağlı çoxillik təcrübəmə əsaslanaraq əminliklə bildirirəm ki, Rusiya və ABŞ inanacaqlar ki, birlikdə hərəkət etməlidirlər”. Onun sözlərinə görə bu gün əsas məsələ daha yaxşı gələcək qurmaq üçün tərəflər arasında dialoqun yaradılmasıdır: “Biz buna hazırıqmı? Mən gələcəyə optimist baxıram və hesab edirəm ki, dialoq üçün imkanlar var. Dünya qloballaşıb və yeni texnologiyaların təsiri çoxalıb. Tarixi mövqeləri nəzərə alaraq düşünürəm ki, Rusiya-Amerika münasibətlərində növbəti mərhələnin başlanğıcındayıq”. ABŞ-ın sabiq dövlət katibi çıxışında bildirib ki, dünya konstruktiv təkamülə doğru gedir. Bu arada Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub. Telefon danışığının ABŞ tərəfinin təşəbbüsü ilə baş tutduğu bildirilir. Telefon danışığında Rusiya və ABŞ arasında aktual məsələlər müzakirə edilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info