Qoru Vətəni
Tarix: 26.04.2013 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft Akademiyasının Energetika fakültəsinin I kurs tələbəsi Fərid Məmmədov şeir yazmağa orta məktəb illərindən başlayıb. Onun şeirlərindən bir neçəsini sizlərə təqdim edirik:

Qoru Vətəni
Döz hər bir əzaba, qorxma düşməndən,
Borcundur, ey əsgər, qoru Vətəni.
Hazır ol döyüşə hər vaxt, hər zaman,
Borcundur, ey əsgər, qoru Vətəni!

Get düşmənə qarşı özün adətən,
Çətin anda sənə dayaqdır Vətən.
Aciz bir millətdir erməni zatən,
Borcundur, ey əsgər, qoru Vətəni!

Gözlərin önünə gətir xalqını,
Qoyma yerə heç bir an silahını,
Tanıt dövlətlərə al bayrağını,
Borcundur, ey əsgər, qoru Vətəni!

Kədərim
Susma, ürəyimin qəmli nəğməsi,
Oxu, göz yaşımla bitsin kədərim.
Oxu, heç olmayan o xoş günümdən,
Bəlkə utanıb da getsin kədərim.

Oxu, qəlbimdəki acı gülüşdən,
Zamanın donduğu o son görüşdən,
Oxu, yuxumdakı qəfil dönüşdən,
Qoy bu xəyalları bilsin kədəri m.

Oxu, vəfasızın əhd-peymanından,
Mənə sevinc verən ağ yalanından,
Sonradan görəndə o salamından,
Oxu, cavabını versin kədərim.

Nə deyim sevgidən nadan insana,
Nə deyim gəldiyim bax bu dövrana,
Bəlkə köç eyləyim başqa cahana,
Əbədi dastana dönsün kədərim.

Amansız dünyada qəlbini bərkit,
Ya da geri çəkil, sevməyi tərgit,
Bu sevda yolunda odlanan Fərid,
Ağlama, əyildi, desin kədərim.

Gedəcəksənmi?
Gəl küsmə, barışaq, danışaq yenə,
Görəndə salamsız keçəcəksənmi?
Amansız dünyadır, bəlkə məni də
Bilinmir, sabah da görəcəksənmi?

Dostum dediyinin qədir-qiyməti,
Bir anda itərmi xətir-hörməti?
Unudaq hər şeyi, bitir söhbəti,
Yoxsa üz çevirib gedəcəksənmi?

Xoş xəbər gözlərəm sənin dilindən,
Yəqin ki qırmarsan, gəlməz əlindən
Doğrudan, barışmaq keçsə qəlbindən,
Bu hissin üstündən keçəcəksənmi?

Olsun
Gözlərindən əskik olmasın sevinc,
Xoşbəxtlik məskəni ürəyin olsun.
Dilə Allahından arzu-istəyi,
Allah da hər zaman köməyin olsun.

Görmək istəyirəm şad-xürrəm səni,
Qəm-kədər hissini yaşama yəni,
Həmişə gül, danış, sevindir məni,
Savablı işlərdə əməyin olsun.

Ətirsiz güllərin saralıb-solsun,
Ağlasa gözlərin, sevincdən olsun,
Gələrsə bir bəla, qoy zaman donsun,
Bəlalar ötürən küləyin olsun.

Əyilmə heç zaman qəmə-kədərə.
Düşünmə ömrünü verdin hədərə,
Sonunda cavabın verəcək hərə,
Yetər ki, xoş arzu-diləyin olsun.

Payız gətirsə də bağçaya bəla,
Xəzələ baxdıqda olursan əla,
Xoşbəxtlik sözündə var ayrı məna,
Saxla bunu yadda, gərəyin olsun.

Dostum
Aldanma heç kəsin şirin sözünə,
Çox erkən dostluğa başlama, dostum.
Saxla ehtiyatı hər vaxt, hər zaman,
Sonradan qəlbini oxlama, dostum.

Eyləmə heç fikir keçənlər üçün,
Bu həyat çətindir, sevənlər üçün,
Ağlama heç zaman gedənlər üçün,
Ağlayıb qəlbimi dağlama, dostum.

Bir ömür qısadır xoş gün görənə,
Tale oyun oynar sevdim deyənə,
Vermə ürəyini erkən gələnə,
Nə də ki qəlbini bağlama, dostum.

Unutmaz bir aşiq ilk məhəbbəti,
Sevginin xoşdurmu bu ədaləti?
Yaşadar acısı bir qiyaməti,
Bacarsan, bu eşqi saxlama, dostum.

Çox insan görmüşəm mələk donunda,
Çoxları isinir şeytan yanında,
Çox yanan görmüşəm bilərkən sonda,
Sən də xatırlayıb ağlama, dostum.

Birini sevərkən sevilmədinsə,
Öm rünün yoldaşı görülmədinsə,
Hər zaman dilində deyilmədinsə,
Bir daha sevgisin yoxlama, dostum.

Həyat daha böyük imtahan, sınaq,
Dözərək bunlara birtəhər çıxaq,
Ömür kitabını uğurla yazaq,
Taleyi pisləyib daşlama, dostum.







 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Məşhur “Zoopark əhvalatı” əsəri səhnələşdirilir
16.10.2019
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
16.10.2019
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
16.10.2019
Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info