UNEC-də “Strateji Plan”ın icrası təmin edilir
Tarix: 01.07.2017 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


UNEC-də təhsil nazirinin əmri ilə təsdiq edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Təhsil Nazirliyinin Strateji Planı (2017-2020-ci illər üçün)”nın yerinə yetirilməsini təmin etmək məqsədilə işgüzar toplantı keçirilib. UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Milli iqtisadiyyatın və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsini təsdiq edib. Buna uyğun olaraq, təhsil nazirinin müvafiq əmri ilə ali təhsil müəssisələrinin qarşısında duran vəzifələr müəyyənləşdirilərək, Təhsil nazirliyinin Strateji Planı təsdiqlənib. Əmrə əsasən, Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulan tədbirləri vaxtında və keyfiyyətli icra etmək məqsədilə UNEC-in də Strateji Planı hazırlanıb. Rektor bildirib ki, strateji yol xəritələri təsdiqləndikdən sonra universitetdə ciddi fəallıq müşahidə olunur. UNEC-in 48 professor və alimindən ibarət ekspert qrupu ölkədə baş verən iqtisadi proseslərə operativ münasibət nümayiş etdirir. Ə.Muradov diqqətə çatdırıb ki, strateji yol xəritələrinin əhatə etdiyi sahələrdən UNEC-də təhsil, tədqiqat və innovasiya istiqamətləri prioritet seçilib və strateji plan bu yöndə yeniliklərin tətbiqini nəzərdə tutur. Elmi tədqiqat sahəsində stimullaşdırmanı artırmaq məqsədilə diferensial əməkhaqqı sistemi də təkmilləşdiriləcək. Belə ki, müəllimlərin reytinqi müəyyən edilərkən, onların elmi tədqiqatlarına xüsusi diqqət ayrılacaq. Eyni zamanda, daha bir komissiya yaradılacaq ki, bu komissiya qiymətləndirmə ilə bağlı apellyasiya şikayətlərinə baxacaq. Şəffaflığı təmin etmək məqsədilə komissiyanın qərarları UNEC-in rəsmi saytında interaktiv yerləşdiriləcək, iclaslar isə Facebook vasitəsilə canlı yayımlanacaq. İnnovasiya ilə bağlı ölkədə ilk dəfə olaraq UNEC-də İnnovativ Biznes İnkubatoru yaradıldığını bildirən rektor “Made in Azerbaijan” layihəsinin əhəmiyyətini xüsusi vurğulayıb. O qeyd edib ki, yeni tədris ilindən UNEC-də “Startap günləri” keçiriləcək. Sahibkarların maliyyə savadlılığını artırmaq məqsədilə onlarla mütəmadi görüşlər, treninqlər, dəyirmi masalar və seminarlar təşkil olunacaq. Rektor Ə.Muradov starteji plandan irəli gələn tədbirlərin icrası ilə bağlı müvafiq struktur rəhbərlərinə tapşırıqlar verib.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Masallının Lürən kəndində tibb məntəqəsi istifadəyə verilib
17.06.2019
Sabah Bakıda 33, bəzi bölgələrdə 38 dərəcə isti olacaq
16.06.2019
Sabah Azərbaycanda 38 dərəcəyə qədər isti olacaq
16.06.2019
Ağdamda şəhid Səyyaf Məmmədovun xatirəsi anılıb
15.06.2019
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info