UNEC Fransanın tanınmış universiteti ilə birgə elmi tədqiqatlar aparacaq
Tarix: 01.07.2017 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Fransanın Valenciennes Universitetinin prezidenti, professor Abdelhakim Artibanın rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub. Qonaqlara UNEC barədə məlumat verən rektor, professor Ədalət Muradov bildirib ki, 20 minə yaxın tələbəsi olan ali təhsil ocağı Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetidir. QS-in İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya Universitetlərinin reytinqində iqtisadyönümlü 4-cü universiteti olan UNEC, regionun ən yaxşı 200 universiteti arasında qərarlaşıb. UNEC-in beynəlxalq əlaqələrindən danışan rektor deyib ki, burada London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr dərəcə proqramı, həmçinin Fransanın Montpelyer, Litvanın Nikolos Romeyros universitetləri ilə ikili diplom proqramları həyata keçirilir. Valenciennes Universitetinin prezidenti, professor A.Artiba isə rəhbərlik etdiyi ali məktəbin tədris proqramları barədə məlumat verib. O, universitetdə əsasən texnoloji istiqamətdə tələbə hazırlığı həyata keçirildiyini diqqətə çatdırıb. Qonaq UNEC-lə tanışlıqdan məmnun olduğunu bildirib. “UNEC çox yaxşı universitetdir” deyən A.Artiba birgə əməkdaşlığın hər iki təhsil müəssisəsində elm və təhsil səviyyəsinin yaxşılaşdırılmasına töhfə verəcəyinə əminliyini vurğulayıb. Görüşdə hər iki universitet arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Sonra əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədə əsasən, universitetlər birgə elmi tədqiqatlar aparacaq, elmi tədbirlər təşkil edəcək, elmi nəşrlər hazırlayacaqlar. Eyni zamanda, kadr mübadiləsi, xüsusilə də müəllim mübadiləsi həyata keçiriləcək. Mübadilə çərçivəsində müəllimlərin universitet nəzdində tədqiqat aparmasına da şərait yaradılacaq. Sənəd eyni zamanda bakalavr, magistr və doktorantların mübadiləsini də nəzərdə tutur.
Anar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info