TUMİB “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbiri Tovuzda keçirib
Tarix: 01.07.2017 | Saat: 03:12:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Tovuz rayon İcra Hakimiyyəti ilə birlikdə “İslam həmrəyliyinin təbliğində region gənclərinin dini icmalarla birgə əməkdaşlığı: imkanlar və perspektivlər” mövzusunda tədbir keçirib. Tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, din xadimləri, QHT fəalları, gənclər və jurnalistlər iştirak ediblər.

Tovuz Dövlət Sosial-İqtisad Kollecinin direktoru Rizvan Qəmbərov vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı müsbət qiymətləndirib. R.Qəmbərov deyib ki, analoji tədbirlərin keçirilməsi gənc nəslin dünyagörüşünün formalaşmasına müsbət təsir göstərir.

“Türkiyə Universitetləri Məzunları” İctiimai Birliyinin sədri Çingiz Bayramov əvvəlcə dövlət-din münasibətlərinin səciyyəvi xüsusiyyətlərindən danışıb. Azərbaycanın dünyəvi dövlət olduğuna diqqət çəkən TUMİB sədri ölkəmizdə bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradıldığını vurğulayıb.

Ç. Bayramov bildirib ki, Azərbaycan sivilizasiyaların qovuşduğu məkanda yerləşdiyi üçün tarix boyu dinlər və mədəniyyətlər arasında körpü rolunu oynayıb. Ç. Bayramov həmçinin Azərbaycanın Ulu öndəri Heydər Əliyevin dini icmalara qayğı ilə yanaşdığını xatırladıb. Natiq deyib ki, əsası ümummili lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

TUMİB sədri bildirib ki, Azərbaycanda mövcud olan dövlət-din münasibətləri bir model olaraq dünya xalqları üçün parlaq nümunə sayıla bilər. 

Tədbirdə həmçinin Dini Qurumlaral İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbənin müdiri Rasim Tağıyev, Gənclər və İdman Nazirliyi Tovuz rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, Tovuz rayonunun axundu Hacı Nəriman, TUMİB üzvü Seymur Tağıyev və başqaları çıxış edərək, Azərbaycan xalqının qədim tarixə, tolerant ənənələrə malik olduğunu bildiriblər. Natiqlər qeyd ediblər ki, ölkəmizdə hakim olan sağlam mənəvi mühiti qoruyub-saxlamaq və inkişaf elətdirmək hər bir azərbaycanlının borcudur.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info