“Azərbaycan öz siyasətini milli maraqlardan çıxış edərək qurur”
Tarix: 27.04.2013 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


“Hər şeyin öz vaxtı var. Danışıqlar gedir, görək, danışıqlar nə ilə yekunlaşacaq”. Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın İsraildə səfirliyinin nə vaxt açılacağına dair sualı belə şərh edib.
Nazir Azərbaycanın öz siyasətini milli maraqlardan çıxış edərək qurduğunu vurğulayıb: “Hər meyvənin öz vaxtı var. Azərbaycan milli maraqlarına uyğun olaraq öz siyasətini qurur. Danışıqlar gedir, baxaq görək, necə olacaq". Yaxın Şərqə səfərini şərh edən Elmar Məmmədyarov bildirib ki, bu təkcə İsrailə səfər olmayıb: “Mən Fələstinə də səfər edib, orada bir sıra görüşlər keçirmişəm. Azərbaycan Fələstinə həmişə dəstək verib və dəstəyini davam etdirəcək”. XİN başçısı iyunda Bakıda Fələstin xalqına yardım göstərilməsinə həsr olunmuş konfransın keçiriləcəyini deyib. Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında bildirib ki, rusiyalı həmkarı Sergey Lavrovun danışıqlarda tərəqqi olmadığına dair fikirlərini bölüşür və mövcud status-kvo qəbuledilməzdir: “Mən Lavrovla razıyam. Biz əvvəlcə Praqa danışıqlarına başladıq, sonra 2007-ci ildə Madrid prinsipləri ortaya çıxdı. 2009-cu ildən prezidentlərin görüşləri başladı. Daha sonra yenilənmiş Madrid prinsipləri təklif olundu. Lakin bu danışıqlar hələlik nəticə verməyib. Biz hələlik staqnasiya mərhələsindəyik”.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info