Leyla Əliyeva Talassemiya Mərkəzində olub
Tarix: 03.07.2017 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva növbəti dəfə Talassemiya Mərkəzində olub, burada müalicə alanlarla görüşüb.
Leyla Əliyeva Talassemiya Mərkəzində irsi qan xəstəliyi olan talassemiyadan əziyyət çəkən həm xəstə uşaqlar, həm də onların valideynləri ilə görüşdü.
Mərkəzin fəaliyyəti olduqca böyük əhəmiyyət daşıyır. Çünki bu xəstələrin həyatı, ilk növbədə, onlara hər ay qan köçürülməsindən və hər gün dəmirqovucu preparatların istifadəsindən asılıdır. Bu gün 3 min 10 nəfər talassemiya xəstəsi dispanser qeydiyyatındadır. Onlardan təxminən min nəfəri “Beta Talassemiya-Böyük Forma”, yəni, talassemiyanın ağır formasından müalicə alırlar. 980 nəfərə mütəmadi eritrositar kütlə köçürülür.
Mütəmadi olaraq Talassemiya Mərkəzinə baş çəkən Heydər Əliyev Fondunun vitse-prezidenti bu dəfə də bu tibb müəssisəsində müalicə alan uşaqların yanına əlidolu gəldi. Leyla Əliyevanın adından Mərkəzə zəruri tibb avadanlığı, kompüterlər və avtomobil hədiyyə edildi.
Mərkəzdə müalicə alanlarla və onların valideynləri ilə görüşən Leyla Əliyeva onlarla söhbət etdi, talassemiyalı uşaqların səhhəti ilə maraqlandı.
Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2015-ci ilin fevralında təsdiq edilmiş “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” həyata keçirilir. Heydər Əliyev Fondu da hələ 2005-ci ildə “Talassemiyasız həyat naminə” layihəsinin başlandığını elan edib. 2014-cü ildən talassemiya xəstəliyinin radikal müalicəsi üçün burada sümük iliyinin transplantasiyasına başlanılıb. İndiyədək 51 nəfər sümük iliyinin transplantasiyası əməliyyatından keçib. Onu da vurğulayaq ki, irsi qan xəstəliyi olan talassemiyanın qarşısının alınması məqsədilə 2015-ci ildən Azərbaycanda nikaha daxil olan cütlüklərin talassemiya ilə bağlı müayinəsi məcburi qaydada aparılır.
Heydər Əliyev Fondunun departament direktoru Soltan Məmmədov Fondun Talassemiya Mərkəzinə hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını bildirdi.
Mərkəzin direktoru Valeh Hüseynov tibb müəssisəsində xəstələrin müalicəsinin ən yüksək səviyyədə aparıldığını, onların lazımi dərman preparatları ilə təmin olunduğunu qeyd etdi. O, tibb ocağına göstərilən diqqətə görə Mərkəzin kollektivi və müalicə alanların valideynləri adından Leyla Əliyevaya təşəkkürünü bildirdi.
“Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi çərçivəsində talassemiyalı xəstələrə göstərilən tibbi xidmətin keyfiyyəti xeyli yüksəlib, donor qanı ilə təminatı tam həll edilib. Əhalinin tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə Mərkəzin bölgədəki bölmələrində də qan bankı fəaliyyət göstərir və bununla da müalicə üçün xəstələrin və onların valideynlərinin tez-tez Bakıya gəlmək ehtiyacı aradan qaldırılıb.
Leyla Əliyeva Talassemiya Mərkəzində müalicə alan uşaqlara hədiyyələr təqdim etdi.
Heydər Əliyev Fondunun vitse-prezidenti Mərkəzin sümük iliyinin transplantasiyası şöbəsində də oldu, burada həkimlərin ciddi nəzarəti altında müalicə alan uşaqlarla maraqlandı. Leyla Əliyevaya şöbədə aparılan diaqnoz və müalicə üsulları barədə məlumat verildi. Heydər Əliyev Fondunun vitse-prezidenti xəstələrin müalicəsi üçün bundan sonra da lazımi addımların atılacağını bildirdi və uşaqların tezliklə sağalacağına əminliyini ifadə etdi.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info