Çinlilərin cavanlıq sirri üzə çıxdı
Tarix: 03.07.2017 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Hələ qədim dövrlərdə çinlilər müəyyən edib ki, ilk növbədə insanın ayaqları, sonra isə bütün orqanizm qocalmağa başlayır.
Milli.Az xəbər verir ki, bu, ayaqlarda çoxlu sinirlər və refleks zonalarının cəmləşməsi ilə izah olunur. Səhiyyə məsələlərində çinli filosoflara tam etibar etmək olar, axı bütün müasir sağlamlıq sənayeləri və gözəllik mərkəzləri onların təlimləri əsasında yaradılıb. Biz bu yazıda oxucuları gəncliyi və bütün orqanizmin sağlamlığını qorumağa yaxşı kömək edən ayaq masajı ilə tanış edəcəyik.
Əgər səhərlər yuxudan duranda ayaqlarda ağrı hiss edirsinizsə, onda mütləq həkimə müraciət edin. Həmçinin mütəxəssislər donuz və ya qaramal ödündən hazırlanan jelç dərmanı ilə kompres etməyi məsləhət görür. Bunun üçün parçanı isladıb ayaqlara bağlayın, üstünü polietilenlə sarıyıb yun corab geyin və bütün gecəni belə yatın. Yalnız bunu səliqə ilə edin, çünki dərman iz qoyur. Eyni kompresi bir gün sonra yenidən təkrar edin.
Ayaqların sağlam olmasının ilkin şərti ayaqqabıların keyfiyyətli və rahat olmasıdır. Bunun üçün qadınların dikdaban ayaqqabılardan birdəfəlik vidalaşması lazım deyil. Sadəcə hər bir insan ayaqqabını dabanlarına görə seçməlidir. Ayaqqabının ayaqlara nəfəs almağa imkan verməsi və hərəkətlərini məhdudlaşdırmaması vacibdir.
Gündə heç olmasa 10 dəqiqə pəncələri masaj edin. Səhərlər ot üzərində ayaqyalın gəzin, amma belə bir imkan yoxdursa, onda otu döşəmə ilə əvəz etmək olar. Həmçinin daşla da masaj edə bilərsiniz. Yeriş isə yorğunluğu aradan qaldırır və müxtəlif xəstəliklərin yaranmasına mane olur.
Ancaq birinci barmaq uclarında yeriməli, daha sonra daxili nahiyələrin üzərində və sonra dabanların üzərində yeriməyə vaxt ayırmaq çox vacibdir. Səhər məşqlərinə bunu əlavə etmək faydalıdır. Bununla siz əzələləri və ayaq sümüklərini möhkəmləndirmiş, qan dövranını yaxşılaşdırmış olacaqsınız, deməli daxili orqanlarının işinə də müsbət istiqamətdə təsir göstərmiş olacaqsınız.
Sağlamlığın ən yaxşı köməkçisi masajdır. Onun müxtəlif metodları mövcuddur. Həkimlər bildirirlər ki, şəkildə gördüyünüz xüsusi nöqtəyə xüsusi diqqət yetirmək lazımdır.
1. Quru masaj
Hər ayaqda bu nöqtəni fasiləsiz 20 dəfə sadəcə ovun, amma elə edin ki, ağrı hiss olunmasın. Belə masajı mütəmadi olaraq səhər və axşam edin. O qan dövranını və ayaq əzələlərini rahatlaşdırır.
2. Nəm masaj
Qaba temperaturu təxminən 38-40 dərəcə olan su tökün. Ayaqlarınız qızarana qədər onları suda saxlayın. Bundan sonra fasiləsiz olaraq 80 dəfə böyük barmaqlarınızı nöqtənin üstünə eyni vaxtda basın. Möcüzəli effekti artıq ilk seansdan sonra hiss edəcəksiniz.
6. Taxta çəkiclə dabanları döyün
Sərt səslənsə də, bu metod ayaqlara çox müsbət təsir göstərir. Taxta çəkici boş butulka, hətta rezin çəkiclə əvəz etmək olar. Yalnız bunu barmaqların aşağı hissəsinə yüngülcə vuraraq edin.
Bir müddət sonra siz bədəninizdə xoş istiliyin yavaş-yavaş dağıldığını, ən başlıcası isə rahatlaşdığınızı hiss edəcəksiniz. Bu, həm ayaq, həm də bütün bədəndə qan dövranını yaxşılaşdırmaq üçün ən effektli metodlardan biri seçilib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info