Sağlam yaşamağın sirləri
Tarix: 03.07.2017 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Sağlam həyatın sirri sağlam qidalanmaqdan keçir.
Milli.Az bildirir ki, mütəxəssislər sağlam həyat üçün lazım olan bəzi qidalar və qidalanma vərdişlərini təklif ediblər.
Yaşıl çay
Səhər ac qarnına içilən 1 stəkan yaşıl çay bol miqdarda enerji verir, yorğunluğu aradan qaldırır. Ancaq yaşıl çayın faydaları bununla da bitmir. Təbii antioksidant tərkibli yaşıl çay xərçəngə qarşı qoruyucu təsirə malikdir. Əgər yaşıl çayın içinə limon və mixək də əlavə etsəniz, təsiri daha da artacaq.
Darçınlı süd
Bir fincan qaynar südə bir çay qaşığı darçın tozu əlavə etməklə qarışdırıb içsəniz, orqanizmdəki artıq yağların yandırılmasına kömək etdiyini görəcəksiniz. Çünki süddəki kalsium metabolizmanı maddələr mübadiləsini sürətləndirir. Süddəki protein uzun müddətli toxluq hissi verir, aclıq narahatlıqlarının qarşısını alır. Bundan başqa, darçın insulinin səviyyəsini tənzimləyir, şirniyyat istəmənin qarşısını alır.
Mineral su və ayran
Qarındakı yağları əritmək üçün mineral sulu ayran içmək, möcüzəvi təsir bəxş edir. Bir stəkan təbii mineral suyuna 3 yemək qaşığı qatıq əlavə edib yaxşıca qarışdırın.
Mineral sulu ayranı hər gün bir stəkan içə bilərsiniz. Yağ yandırıcı təsiri ilə birlikdə ümumi bədən sağlamlığını gücləndirir və köpmənin qarşısını alır. Bu resepti hazırlayıb içsəniz rahat yatmağa kömək etdiyini görəcəksiniz.
Bundan başqa, yuxu vaxtı maddələr mübadiləsinin fəaliyyətinə kömək edir və çəki azaltmağı asanlaşdırır.
Pomidor suyu
“C” vitamini və likopen ehtiva edən pomidor, xərçəng növlərinə qarşı qoruyucu təsirə malikdir. Şirəçəkən maşını ilə təzə pomidor suyu əldə edə bilərsiniz. Bir stəkan pomidor suyu 30 kaloridir. Likopen ehtiva edən pomidor şirəsi ürək sağlamlığını möhkəmləndirir. Ürək-damar sistemi xəstəlikləri riskini azaldır. Yeməklər arası 1 stəkan təzə pomidor suyu içə bilərsiniz.
Zəncəfil suyu
Zəncəfil çayı immuniteti gücləndirir və qripdən sürətlə müalicə edir. Bir fincan isti suya yarım çay qaşığı toz zəncəfili qarışdırıb içəndə dərhal təsirini göstərir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Əsəbdən yaranan 7 xəstəlik - Stresin yıxdığı ev
18.10.2019
DST: Ötən il vərəm xəstəliyi yarım milyon insanın ölümünə səbəb olub
17.10.2019
Mərkəzi Gömrük Hospitalında növbəti unikal əməliyyat icra olunub
17.10.2019
Ədviyyatların müalicəvi xüsusiyyətləri
16.10.2019
Çox və dayanmadan əsnəyirsiz?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info