Neft Fondu Asiya ölkələrinin daşınmaz əmlak bazarına 1 milyard dollar yatıracaq
Tarix: 27.04.2013 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2013-cü ildə xarici dövlətlərdə daşınmaz əmlakın alınmasına təqribən 1 mlrd. ABŞ dolları həcmində investisiya yatırmaq niyyətindədir. Bunu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, fond əmlakı əsasən Asiya bazarlarında almağı planlaşdırır: «Çünki dünyada hələ də iqtisadi tənəzzül davam edir və dünyada yeganə artım yeri məhz Asiyadır». Xatırladaq ki, bu yaxında ARDNF rəhbəri bu sərmayələrin üç Asiya ölkəsinə yatırılacağını bildirib. Bu, Çin, Cənubi Koreya və Avstraliyadır və hazırda həmin ölkələrdə araşdırmalar aparılır. Şahmar Mövsümov bildirib ki, dünya bazarında qızılın qiymətinin ucuzlaşmasına baxmayaraq, Neft Fondu qızıla vəsait yatırmaqda davam edəcək. Onun sözlərinə görə, ARDNF qızılı spekulyasiya, yəni alıb-satıb qazanc əldə etmək məqsədilə deyil, strateji qərar əsasında həyata keçirir: «Bizim qərarımız strateji qərardır, biz ölkənin valyuta ehtiyatlarının bir qismini diversifikasiya edərək qızıla yerləşdirmişik. Həmin qızılı satmaq niyyətində deyilik». Ş.Mövsümov həmçinin bildirib ki, fond qızılı bir dəfəyə deyil, hissələrlə aldığına görə, bu strategiya özünü doğruldub: «Yəni, biz bütün qızılı ötən il alsaydıq, çox yüksək qiymətlə alacaqdıq. Onu bərabər hissələrlə iki il ərzində aldığımıza görə, qiymətlər düşəndə də həmin qiymətlə alırıq. Bu, düzgün strategiyadır və özünü doğruldur».
ANAR




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info