Məmməd Səid Ordubadinin əsəri Almaniyada nəşr olunub
Tarix: 03.07.2017 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


Almaniyanın “Borsdorf Winterwork” nəşriyyatında Məmməd Səid Ordubadinin “İki çocuğun Avropa səyahəti” (“Die Reise zweier Jungen nach Europa”) adlı əsəri alman dilində çap olunub. 
 
APA-nın xəbərinə görə, akademik İsa Həbibbəyli kitaba yazdığı ön sözdə Avropa oxucusuna M. S. Ordubadinin həyat və yaradıcılığı, “İki çocuğun Avropa səyahəti” əsəri haqqında müfəssəl məlumat verib.
 
“İki çocuğun Avropa səyahəti” əsəri ilk dəfə 1907-1908-ci illərdə Bakıda nəşr edilən “Tazə həyat” qəzetində əski əlifba ilə hissə-hissə çap olunub. 94 günlük səyahəti canlandıran əsər on məktubdan ibarət olub, “Şərq-Qərb müqayisəsi yolu ilə milli oyanışa və dirçəlişə çağırış motivi”ni əks etdirir. Qərb həyat tərzini təsvir edən bu əsər mövzu, süjet və kompozisiyası etibarilə məktub-romandır. Kitab artıq Alman Milli Kitabxanasının biblioqrafiyasında qeydiyyatdan keçirilib. Əsər haqqında ətraflı biblioqrafik məlumatları  http://www.d-nb.de saytında əldə etmək mümkündür. Əsəri alman dilinə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Xanım Zairova tərcümə edib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Azərbaycan kinosunun inkişafına ayrılan vəsait 5 dəfə artırılır
19.10.2019
“Maşın“ı türkiyəli apardı
18.10.2019
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində Daşkənddə çapdan çıxıb
18.10.2019
Tələbələr “YARAT”ın təşəbbüsü ilə təşkil olunan sərgini ziyarət ediblər
18.10.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinə qeydiyyat başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info