Küçələrdə robot patrullar keşik çəkəcək
Tarix: 03.07.2017 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


Bu ilin sonunadək Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhərinin küçələrində sürücüsüz hərəkət edən polis avtomobilləri keşik çəkəcək. 360 dərəcəlik baxış bucağına malik kamera ilə təchiz edilmiş sözügedən polis avtomobilləri qanun pozuntularını aşkar edə, şübhəli və axtarışda olan şəxsləri müəyyənləşdirə biləcək.
"ICTnews" Elektron Xəbər Xidməti yazır ki, robot patrulların Dubayın əsas turizm yerləri, küçələr və ticarət mərkəzlərində keşik çəkəcəyi gözlənilir. Yalnız polis barmaq izinin köməyi ilə "ağıllı" avtomobilə müdaxilə edə bilər.
"O-R3" robotlarını Dubay polisinə Sinqapurun "OTSAW Digital" şirkəti tədarük edir. Zərurət olduqda avtonom avtomobil tərəfindən havaya buraxılan pilotsuz təyyarə cinayətkarı təqib edəcək. Videomüşahidə sistemi və dron polis bölməsi ilə əlaqəli işləyir.
Dubay hakimiyyəti gələcəkdə adi polis kimi öz vəzifələrini yerinə yetirən tam funksional robot yaratmaq istəyirlər: cinayətkarı təqib etmək, həbslər həyata keçirmək, həmçinin özü ilə silah gəzdirmək. 2030-cu ilədək belə robot patrullar Dubay polislərinin ümumi sayının 25%-ni təşkil edəcək.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.02.2020
“Green Card”a ümid edənlərə pis xəbər
22.02.2020
Bir il su içməyən qadının inanılmaz dəyişimi
21.02.2020
Putinin avtoqrafı hərracda 340 min rubla satıldı
21.02.2020
Tramp “Oskar“ alan “Parazitlər“ filmini tənqid edib
21.02.2020
Çində epidemiya ilə mübarizəyə görə toyunu təxirə salan həkim koronavirusdan vəfat edib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Münhen dərsi: Prezident bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
5 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info