Skautlar düşərgələrini Qəbələdə qurublar
Tarix: 03.07.2017 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Qəbələnin Bum qəsəbəsində Azərbaycan Skautlar Assosiasiyası tərəfindən keçirilən “Wonderland Azərbaycan-2017” Beynəlxalq Skaut Düşərgəsinin açılış mərasimi olub. Azərbaycanın müxtəlif bölgələrindən, eyni zamanda, Türkiyə, Misir, Ukrayna, Almaniya və Gürcüstandan 400 nəfərdən çox iştirakçının yer aldığı beynəlxalq tədbirin açılış mərasimində Qəbələ Rayon İcra Hakimiyyətinin və Gənclər və İdman Nazirliyinin nümayəndələri, iştirakçı ölkələri təmsil edən skaut dəstə liderləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, açılış mərasimini Azərbaycan Skautlar Assosiasiyasının prezidenti İlyas İsmayıllı açaraq, skaut düşərgələrinin tarixi haqqında məlumat verib, düşərgənin gündəlik proqramı haqqında iştirakçıları və qonaqları məlumatlandırıb.
Tədbirin davamında qonaqların çıxışları dinlənilib. Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev bu cür tədbirlərin gəncliyimizin inkişafında önəmini vurğulayıb.
Daha sonra Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Azər Allahverdiyev çıxış edib. Qəbələnin qədim mədəniyyət mərkəzi olduğunu qeyd edən Azər Allahverdiyev belə bir beynəlxalq düşərgəyə ev sahibliyi etdiklərinə görə məmnun olduqlarını bildirib.
Açılış mərasiminin rəsmi hissəsi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Azərbaycan Skautlar Assosiyasının, eyni zamanda, iştirakçı ölkələrinin bayraqlarının təntənəli surətdə qaldırılması ilə yekunlaşıb.
Axşam saatlarında isə düşərgə iştirakçıları skautinqin ənənəvi tonqalını alovlandıraraq açılış mərasiminin mədəni proqramını həyata keçiriblər. Mədəni proqramda iştirakçılar tonqal ətrafında özlərinin hazırladıqları xüsusi bədii proqramla çıxış ediblər.
Qeyd edək ki, düşərgə iyulun 9-dək davam edəcək. İştirakçılar peşəkar təlimçilər tərəfindən keçirilən skautinq, intellektul oyunlar, teatr kimi müxtəlif istiqamətli təlimlərə qatılacaqlar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info