BMT-nin Əhali Fondunun “ASAN Könüllülər” ilə sosial mediyada birgə kampaniyası başa çatdı
Tarix: 03.07.2017 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Kampaniyanın əsas məqsədi gender əsaslı zorakılıq (GƏZ) haqqında məlumatlılığın artırılmasıdır


BMT-nin Əhali Fondu həyata keçirdiyi “Azərbaycanda Gender əsaslı Zorakılıqla Mübarizə” layihəsi çərçivəsində “ASAN Könüllülər” İctimai Birliyi ilə sosial mediyada 2017-ci il 7 iyun tarxindən kampaniyaya start verib. Sözügedən təşkilatların Facebook səhifələrinin izləyiciləri üçün apardığı kampaniya gender əsaslı zorakılığın müxtəlif formaları haqqında geniş yayılmış miflər üzərində qurulub.
Belə ki, təşkilatların səhifələrində özündə gender əsaslı zorakılıq formaları olan cinsi, psixoloji, iqtisadi və fiziki zorakılıq ətrafında mövcud mifləri və reallıqları əks etdirən 14 post paylaşılmış və yüz minlərlə sosial media istifadəçisinə müvafiq məlumat çatdırılıb.
Qeyd edək ki, postlar məhşur rəssam Mirazər Abdullayevin məhz bu layihə üçün hazırladığı illüstrasiyaları ilə müşahidə olunub. Bu illüstrasiyalar ilə kampaniyanın təşəbbüskarları bu çirkin fenomen barəsində reallıqların yaddaşlarda daha aydın həqq olunması məqsədini güdürdü.
Bununla yanaşı “ASAN Könüllülər” İctimai Birliyi “Azərbaycanda Gender əsaslı Zorakılıqla Mübarizə” layihəsi çərçivəsində icraçı tərəfdaş qismində ölkəmizin müxtəlif regionlarında icmalar üçün məlumat sessiyaların təşkil edir.
“Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə” adlı 2 illik layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq şəraitində BMT-nin Əhali Fondu tərəfindən həyata keçirilir. Layihənin məqsədi gender əsaslı zorakılığın qarşısını alınması üçün müvafiq dəstək və istiqamətləndirmə mexanizminin yaradılması prosesində Azərbaycan hökumətinə dəstək verməkdir. Layihə GƏZ-in qarşısının alınması məqsədilə istiqamətləndirmə və müdafiə mexanizmi çərçivəsində minimum tədbirlərin görülməsi, GƏZ barədə məlumatların effektiv idarə olunması, habelə standartların və xidmətlərin təkmilləşdirilməsi üçün qurumlarası əməkdaşlığın inkişafına xidmət edir.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info