Yeddi kəndin su təchizatı yaxşılaşdırılır
Tarix: 03.07.2017 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


"Azərsu" ASC əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq içməli sudan əziyyət çəkən kəndlərdə yeni layihələrin icrasına başlayıb.
 "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə qısa müddətdə layihələr hazırlanıb, yeni su mənbələri və infrastruktur imkanları müəyyənləşdirilərək tikinti-quraşdırma işlərinə başlanıb. Sərəncama uyğun olaraq hazırda 40-dan çox kənddə layihələrin icrası intensiv şəkildə davam etdirilir.
 
Lənkəran rayonunda həyata keçirilən layihə 7 kəndi əhatə edir. Layihə çərçivəsində rayonun Səpnəkəran, Yuxarı Nüvədi, Lüvəsər, Kosalar, Bala Şürük, Tütəpeştə, Gərmətük kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulub.
 
Lənkəran rayonunun kəndlərinə içməli su 2013-cü ildə istismara verilib və məhsuldarlığı sutkada 30 min kubmetr olan Xanbulançay sutəmizləyici qurğusundan veriləcək. Yeddi kəndi su ilə təmin etmək üçün 36 km uzunluğunda magistral kəmərlərin tikintisinə başlanıb, artıq kəmərlərin 15 km-lik hissəsində işlər yekunlaşıb. Magistral kəmərlərin tikintisi başa çatdıqdan sonra kəndlərdə bulaqlar quraşdırılacaq. Tikinti-quraşdırma işlərinin 2017-ci ilin avqustunda tam başa çatdırılması nəzərdə tutulur. Bununla da Lənkəran rayonunun 7 kəndinin 12 mindən artıq sakini keyfiyyətli içməli su ilə təmin olunacaq. Bu layihənin davamı olaraq növbəti mərhələdə daha 8 kəndin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur.
 
Qeyd edək ki, Xanbulançay sutəmizləyici qurğusu Lənkəran, Astara şəhərləri və bu rayonların kəndlərinin dayanıqlı və keyfiyyətli içməli su təminatının aparılmasına hesablanıb.
 
Xatırladaq ki, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq 22 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılacaq. Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə 267 min nəfər içməli su ilə təmin olunacaq. Layihələrin həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən "Azərsu" ASC-yə 14 mln. manat ayrılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Uşaqlar bizim gələcəyimizdir“
24.09.2018
Gömrük sistemi hərtərəfli dövlət dəstəyi ilə təmin olunub
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info