«Baku Fashion Club» təşkilatının təqdimatı keçirilib
Tarix: 03.07.2017 | Saat: 21:17:00 | E-mail | Çapa göndər


29 iyun tarixində “Excelsior Hotel & Spa Baku” otelində dəb sahəsində yeni olan “Baku Fashion Club”ın təqdimatı keçirildi. BFC təşkilatı Azərbaycanın moda sahəsinin bütün nümayəndələrini “öz qanadı altına” yığmağı planlaşdırır. Onların arasında geyim və aksessuar dizaynerləri, fəşn-bloggerlər, populyar modellər, jurnalistlər, moda butiklərinin və şou-rumların nümayəndələri, bayerlər, stilist-imicmeykerlər və s. olacaqlar. Klubun iştirakçıları həmçinin, Azərbaycan modasının həvəskarları və pərəstişkarları da ola bilər. Müntəzəm olaraq müştərək görüşlər keçiriləcək, burada klubun iştirakçıları sıxılmadan, dostluq şəraitində sərbəst tanış ola, ünsiyyət qura, təcrübə və fikir mübadiləsi apara, maraqlandıqları məsələləri müzakirə edə biləcəklər. Görüşlər zamanı həmişə “mikrofon açıq” olacaq və klubun iştirakçıları arzuladıqları halda lazımi informasiyanı müzakirə edəcək, özü və öz fəaliyyəti haqqında danışacaq, maraqlandığı sualları auditoriyaya verəcək və cavab alacaq.
Bununla yanaşı, həm yaxın, həm də uzaq xarici ölkələrdən fəşn-sahə nümayəndələrini dəvət etmək planlaşdırılır. Baku Fashion Club klubunun təşkilatı olan “BFC” - FMS Models-in prezidenti və Baku Fashion Night moda layihəsinin təşkilatçısı Lyubov Qutorova-Poyraza məxsusdur. “Bu fikir çoxdan mənim beynimdə dolaşırdı, amma 2005-ci ildə FMS Models model agentliyinin, 2014-cü ildə Baku Fashion Night layihəsinin (hazırda Bakıda keçirilən moda həftələrinin müşdəçisi) açılışında olduğu kimi, münasib vaxt gözləyirdi. Bu dəfə xahiş edirəm, sevin və təşrif buyurun – “Baku Fashion Club”a. Bu klub bizə sadəcə zəruridir, əminəm ki, çox yaxın zamanda o, bütün iştirakçıları üçün öz bəhrəsini verəcək. Canlı dialoq – bütün problemlərin həllinin açarıdır!!!» - deyə Lyubov Qutorova-Poyraz qeyd edib”.
Tədbirdə Azərbaycanın əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, məşhur Azərbaycan dizayneri Gülnarə Xəlilova, Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva, əməkdar artist Mələk Abbaszadə, Azərbaycanı “Eurovision-2012” mahnı müsabiqəsində təmsil edən müğənni Səbinə Babayeva və digər qonaqlar iştirak etdilər. Tədbiri BFC klubunun təşkilatçısı Lyubov Quturova açdı və öz çıxışında klubun məqsədi və nə cür fəaliyyət göstərməsi haqqında ətraflı məlumat verdi, qeyd etdi ki, növbəti görüşün sentyabr ayında keçirilməsi nəzərdə tutulub. “Baku Fashion Club” klubunun təşkili “Excelsior Hotel & Spa Baku” otelinin dəstəyi ilə keçirildi.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info