2023-cü ildə dünyada enerji sahəsindəki vəziyyət dəyişəcək
Tarix: 27.04.2013 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


Təsəvvür edin ki, 2023-cü ildə siz tamamilə başqa enerji dünyası ilə qarşılaşacaqsınız. Elektriklə işləyən avtomobillər məşhur ola bilər. Günəş batareyalarının köməyi ilə günəş enerjisi milyonlarla ailə və müəssisə üçün ucuz enerji mənbəyinə çevrilə bilər. Yanacağın müxtəlif növləri üstünlük təşkil edəcək, yük maşınlarının əksəriyyəti və qatarların çoxu ətraf mühiti güclü çirkləndirən dizellə deyil, təbii qazla işləyəcək. Belə olan halda, Amerika Birləşmiş Ştatları qazın ən iri istehsalçısı ola bilər. Bütün bunlar barədə “The New York Times” qəzetində məlumat verilir.
Qəzet yazır ki, burada inanılmaz heç nə yoxdur. Son 10 ildə baş vermiş dəyişikliklərə nəzər salmaq kifayətdir: “Ölkə enerji müstəqilliyinə gedən yoldadır. Şimali Dakot və Texasdakı neft yataqlarında daxili hasilat artır. ABŞ benzin və dizel kimi yanacağın xalis istehsalçısına çevrildi, təbii qazın satışı üçün yeni bazarlar axtarır: yeni qazma texnologiyaları son beş il ərzində daxili istehsalın artmasına gətirib çıxartdı”.
“Enerji sahəsindəki oyunun qaydaları belədir: gözlənilməzi gözlə. Bütün enerji sahələri üzrə tədqiqatlara, hazırlıq və innovasiyalara elə güclü bir səylə yanaşılır ki, on il sonra biz digər prinsipial dəyişiklikləri də görə biləcəyik” - deyə enerji məsələləri üzrə analitik Deniel Erqin bildirib.
Qəzetdə, həmçinin qeyd olunur ki, artıq mühüm dəyişikliklər indidən baş verə bilər. Alimlər külək əsməyəndə və günəş çıxmayanda külək turbinlərinin və günəş enerjisi qurğularının funksionallığını artırmaq üçün elektrik enerjisinin daha səmərəli üsulları üzərində çalışırlar. Enerji mənbələri ilə zəngin olmayan Yaponiya hazırda dənizin dibindən metan hidratından təbii qazın alınması üsulunu ixtira edib. Bu ixtira bütün dünya üçün yeni nəhəng qaz mənbələrinə qapı aça bilər.
Bill Qeyts tərəfindən sərmayə qoyulan “TerraPower” şirkəti yeni reaktorun yaradılması üzərində işləyir. Bu reaktor zənginləşdirilmiş urandan istifadə edən nüvə reaktorundan fərqli olaraq, radioaktiv maddələrin yayılması təhlükəsini azaldaraq fəaliyyət göstərəcək.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info