Füzuli rayonunda yeni aqropark yaradılır
Tarix: 04.07.2017 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Füzuli rayonu ərazisində yeni aqroparkın yaradılmasına başlanılıb. Layihə rəhbəri Rəcəb Orucov AZƏRTAC-a bildirib ki, “Füzuli Aqropark”ın yaradılmasında əsas məqsəd ölkəmizdə idxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması üçün strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının yetişdirilməsidir. 2700 hektar ərazini əhatə edəcək aqroparkda müasir pivot suvarma sistemi qurulacaq. Aqroparkın su təminatı Yuxarı Mil kanalı vasitəsilə həyata keçiriləcək. Birinci mərhələdə 1000 hektar sahə istifadəyə veriləcək ki, burada ölkəmizin strateji maraqlarına uyğun olaraq soya, qarğıdalı, taxıl, pambıq və digər bitkilər becəriləcək. Aqroparkın ərazisində, həmçinin 1000 başlıq müasir intensiv südlük istiqamətli heyvandarlıq kompleksi də yaradılacaq. “Füzuli Aqropark”ın yaradılması layihəsinin icrasında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditlərindən istifadə olunacaq. Artıq layihənin icra olunduğu əraziyə 11 ədəd pivot sistem gətirilib. İnfrastrukturun yaradılmasına, pivotların montaj işlərinə başlanılıb. Layihənin həyata keçirildiyi ərazidəki təsərrüfat subyektləri ilə müqavilələr bağlanılıb, inventarizasiya aktları tərtib olunub. Onlara kompensasiya verilir və əmlakları müvafiq yerə köçürülür. Aqroparkın yaradılması, eyni zamanda, məcburi köçkün ailələrin iş təminatı ilə bağlı sosialyönümlü bir layihədir. Belə ki, aqroparkın istifadəyə verilməsi ilə 80-ə yaxın məcburi köçkün işlə təmin olunacaq. Layihənin birinci hissəsinin bu il, bütövlükdə isə 2018-ci ildə başa çatdırılması nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
“Bazarstore”da karyera qurmaq istəyənlər üçün müjdə!
17.10.2019
Azərbaycan ilə Belarus 146 milyon dollarlıq ticarət əməliyyatları aparıb
16.10.2019
Prezident: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16.10.2019
31 min 351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib
16.10.2019
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info