Qax tütün istehsalı və emalı məntəqəsi fermerlərdən 93 ton yaş tütün qəbul edib
Tarix: 04.07.2017 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Qax rayonunun tütünçülük təsərrüfatlarında bir neçə gündür tütün yığımına başlanılıb. Yığılan yaş tütün qurudulmaq üçün sahələrdən birbaşa “İnter Tobacco” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə gətirilir. İndiyədək fermerlərdən 93 ton yaş tütün qəbul olunub. Məntəqənin aqronom-texnoloqu İbrahimxəlil Babayev bildirib ki, tütünün qurudulması üçün məntəqədə 60 ədəd odla tütünqurutma kamerası var. Hazırda 13 kameraya tütün qoyulub. Tütünün qurudulması prosesi 7-8 gün çəkir. Qurudulan tütün preslənərək anbara yığılacaq və daha sonra tütün emalı zavoduna təhvil veriləcək. Xatırladaq ki, cari ildə rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 275 hektar artırılaraq 605,8 hektara çatdırılıb. Əkin sahələrinin 582,3 hektarına “Virciniya”, 8,5 hektarına “Berley”, 15 hektarına isə yerli tütün sortları əkilib. 2016-cı ildə rayonda 331 hektar sahədə tütün əkilib, 328,8 ton quru tütün istehsal olunub.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Gələn il Azərbaycan manatının dollara məzənnəsi ilə bağlı proqnoz
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info