Güləşçilərimiz beynəlxalq turnirdə
Tarix: 04.07.2017 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


İran İslam Respublikasının Qum və Çabahar şəhərlərində yeniyetmələr arasında yunan-Roma və sərbəst güləş üzrə İmam Yadigar Kuboku uğrunda 3-cü beynəlxalq turnir keçirilib. Azərbaycan Güləş Federasiyasından verilən xəbərə görə, komandalararası yarış xarakterində olan turnirdə hər iki yığmamız iştirak edib. Yunan-Roma güləşçilərimiz gümüş, sərbəst güləşçilərimiz isə bürünc medal qazanıblar. Qum şəhərində keçirilən yunan-Roma güləşi üzrə turnirdə 18 komanda 4 qrupda mübarizə aparıb. İraq (10-0), Tacikistan (8-2) və Serbiya (10-0) ilə “D” qrupunda yarışan güləşçilərimiz bütün görüşlərini qələbə ilə başa vurublar. Qrup birincisi kimi yarımfinala yüksələn komandamız Türkiyə yığması ilə gərgin keçən görüşü 6:4 hesablı qələbə ilə yekunlaşdırıb və finala yüksəlib. Həlledici görüşdə İran yığmasının əsas komandası ilə qarşılaşan güləşçilərimiz 3:7 hesabı ilə uduzub və turnirin gümüş medalına yiyələniblər. Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Alıyevin rəhbərliyi altında turnirdə Qurban Qurbanov (42 kq), Həsrət Cəfərov (46 kq), Zaur Əliyev (50 kq), Əsgər Əlizadə (54 kq), Həsən Məmmədli (58 kq), Vəfadar Cəfərov (63 kq), Asim İmanzadə (69 kq), Fikrət Vəliyev (76 kq), Bəhruz Həziyev (85 kq) və Sərxan Məmmədov (100 kq) iştirak ediblər. Çabahar şəhərində keçirilən sərbəst güləş yarışlarında isə 16 komanda iştirak edib. İran (9:1), Macarıstan (9:1) və İraq (10:0) komandaları ilə “B” qrupunda mübarizə aparan sərbəst güləş yığmamız qrup birincisi kimi yarımfinala yüksəlib. Yarımfinalda Rusiya yığmasına 7:3 uduzan güləşçilərimiz bürünc medal uğrunda görüşə qatılıblar. Üçüncü yer uğrunda görüşdə digər İran komandası ilə qarşılaşan yığmamız 6:4 hesabı ilə qələbə qazanıb və turniri bürünc medalla başa vurub. Məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi altında turnirdə Kənan Heybətov (42 kq), Əşrəf Kərimzadə (46 kq), Mahir Məmmədzadə (50 kq), Ramiz Həsənov (54 kq), Əsgər Məmmədəliyev (58 kq), Hacımurad Hacıyev (63 kq), Davud İbrahimov (69 kq), Abdulmuslim Məmmədov (76 kq), Sənan Əlizadə (85 kq) və Hamlet Nəsibli (100 kq) iştirak ediblər. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dəcərəli hakim Kamran Əliyev təmsil edib.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu
18.11.2018
Azərbaycanın U-19 millisi gürcüstanlı həmyaşıdlarını məğlub edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info