Almaniya hökuməti irqi ayrı-seçkiliyə görə BMT-də tənqid olunub
Tarix: 27.04.2013 | Saat: 01:13:00 | E-mail | Çapa göndər


Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Komitəsində Almaniyada irqçiliklə bağlı vəziyyət müzakirə edilib. “Zeit Online” saytının məlumatına görə, komitə Almaniyanı irqçiliklə mübarizəni gücləndirməyə çağırıb.
Müzakirələr zamanı rəsmi Berlin ölkədə fəaliyyət göstərən neofaşist terror təşkilatı ilə bağlı tənqid atəşinə tutulub. Almaniyada türklərə qarşı törədilmiş terror aksiyalarına görə ölkənin hüquq mühafizə orqanlarının məsələnin istintaqı ilə bağlı yarıtmaz işi də tənqid olunub. Türkiyənin təmsilçisi bildirib ki, Almaniyada əcnəbilərə qarşı artan dözümsüzlük 3 milyon türkün həyatını təhlükə altına qoyub. Digər natiq isə alman polisinin səlahiyyətlərini aşaraq vətəndaşlara zor tətbiq etdiyini qeyd edib.
Federal hökumət isə terror təşkilatı ilə bağlı istintaqda buraxılan səhvlərə görə BMT-dən üzr istəyib. BMT-nin insan hüquqları üzrə səlahiyyətli nümayəndəsi Markus Lömninq terror təşkilatının irqi zəmində cinayətlərini Almaniyada son 10 ildə insan hüquqlarının kütləvi şəkildə pozulması kimi qiymətləndirib. Almaniyada İnsan hüquqları üzrə institutun rəhbəri Beate Rudolfun dediyinə görə, neofaşizm qurbanlarının ailələri hökumətdən narazıdırlar. Bu da ümumilikdə çox ciddi məsələdir. Bu arada Karlsruye federal Konstitusiya Məhkəməsi faciə qurbanlarının ailələrinin neofaşistlərin prosesində videoçəkilişin aparılması ilə bağlı iddiasını təmin etməyib. Səkkizi türk olmaqla 10 miqrantın ölümündə təqsirləndirilən almanlardan ibarət terror təşkilatı üzvlərinin məhkəmə prosesi mayın 6-da başlayacaq.





 
Bölməyə aid digər xəbərlər
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb
19.10.2019
Əli Həsənov: Radikal müxalifətin ikinci oktyabr iflası
19.10.2019
Barselonada gərgin vəziyyət davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info