Qətərə 48 saat vaxt verildi
Tarix: 04.07.2017 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Həftənin üçüncü günü 4 ərəb ölkəsinin xarici işlər naziri son qərarı vermək üçün Qahirədə bir araya gələcək

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Küveytin təklifini qəbul edərək Qətərə qarşı irəli sürülən ultimatumun müddətinin 48 saat uzadılmasına dair razılığa gəliblər. Bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat verib. On gün əvvəl Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Qətərə 13 bənddən ibarət ultimatum verib. Sənəddə İranla diplomatik əlaqələri kəsmək, silahlı qruplaşmaların maliyyələşdirilməsini dayandırmaq, “Əl-Cəzirə” telekanalını bağlamaq kimi tələblər yer alıb. Rəsmi Doha ölkəyə qarşı irəli sürülən ittihamları və ultimatumu qətiyyətlə rədd edib. “Qarşımıza qoyulan tələblər suverenliyimizin pozulması və xarici siyasətimizə müdaxilə deməkdir”, deyə Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani bəyan edib.

Misirli general: “Hərbi variant istisnadır, hələlik iqtisadi sanksiyaların sərtləşməsindən savayı heç nə gözlənilmir”


Misirin Xarici İşlər Nazirliyi elan edib ki, həftənin üçüncü günü 4 ərəb ölkəsinin xarici işlər naziri son qərarı vermək üçün Qahirədə bir araya gələcək. Vəziyyəti dəyərləndirən ekspertlər 4 ərəb ölkəsinin Qətərə qarşı hərbi varianta əl atacağına inanmır. Ekspertlər hesab edir ki, ən optimal variant Qətərə qarşı sanksiyaların daha da sərtləşməsidir. Misir xarici işlər nazirinin keçmiş köməkçisi Reda Şexata “RİA Novosti”yə açıqlamasında bildirib ki, onları narahat edən əsas məsələ Türkiyə və İranın regionda aktivləşməsidir: “Biz sanki Osmanlı və Fars dominantlığı dövrünə qayıtmışıq. Qətərlə bağlı münaqişə hələ davam edəcək. Amma mən hərbi variantı istisna edirəm”. Reda Şexata bildirir ki, Qətər dünyanın iri dövlətlərini prosesə qoşmaq siyasətini həyata keçirir: “Mən iri dövlətlərin prosesə qoşulacağına inanmıram. Əsas da ABŞ-ın. Qətərlə bağlı problem Birləşmiş Ştatların regiondakı iqtisadi maraqlarına toxunmur”. Misirdəki hərbi akademiyanın keçmiş rəisi general Qamal Mazlum hesab edir ki, münaqişə hələ başlanğıc mərhələdədir: “Dohanın ünvanına heç bir hərbi təhdid yoxdur. Hələlik iqtisadi sanksiyaların sərtləşməsindən savayı heç nə gözlənilmir”. O, Türkiyə hərbçilərinin Qətərdə yerləşməsi məsələsinə də münasibət bildirib. Onun fikrincə, Qətər, dövlət çevrilişi olmasından ehtiyat etdiyi üçün türk hərbçiləri dəvət edib. Mazlum Qətərin Ərəb Dövlətləri Liqasındakı üzvlüyünün dondurulmasını da istisna etməyib: “Bunun Qətərə ciddi siyasi-iqtisadi-hərbi təsiri olacaq”.
Ağ Evin yaydığı məlumatda isə bildirilir ki, ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər liderləri ilə telefonla danışıb. Söhbət zamanı Tramp Qətər ətrafında yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib. “Prezident qeyd edib ki, regionda birlik Ər-Riyad sammitində qarşıya qoyulan məqsədlər baxımından vacibdir”, məlumatda deyilir. Tramp həmçinin terrorçuluğun maliyyələşdirilməsinə son qoymağa çağırıb.
Bir maraqlı detalı da təqdim edək. “WikiLeaks” saytı 2004-cü ildə Birləşmiş Ərəb Əmirliyinin şahzadəsinin amerikalı diplomat Riçard Haas və ABŞ səfiri ilə yazışmasını yayıb. Həmin yazışmada şahzadə amerikalılardan “Əl-Cəzirə” kanalının Dohada yerləşən qərargahını bombalamağı xahiş edir.
Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edib. Bunun ardınca Liviyanın sərgindəki hökumət, Yəmən, Maldiv adaları, Mavritaniya, Komor adaları da Qətərlə münasibətləri kəsdiyini bəyan edib. Cibuti Qətərlə diplomatik münasibətlərin səviyyəsini endirib. Seneqal, Çad və Niger isə bu ölkədəki səfirini geri çağırıb.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info