Ternbull Avstraliyanın Baş naziri qalmaq istəsə də, siyasi vəziyyət fərqlidir
Tarix: 04.07.2017 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Avstraliyanın Baş naziri Malkolm Ternbull bəyan edib ki, tutduğu vəzifəni tərk etmək niyyətində deyil və rəhbərlik etdiyi hakim Liberal-Milli koalisiyanı 2019-cu il seçkilərində qələbəyə aparmağı düşünür. Jurnalistlərlə görüşən M.Ternbull deyib: “Mən hələ uzun müddət Baş nazir qalmaq niyyətindəyəm. Düşünürəm ki, sizlərdən bəziləri mənim 62 yaşım olduğunu və artıq bu vəzifə üçün yaşlı olduğumu fikirləşir. Lakin sizi əmin edirəm ki, mən hələ uzun müddət Baş nazir olacağam. Biz 2019-cu il seçkilərinə birlikdə gedərək qalib gələcəyik”. Hökumətin başçısı belə bir bəyanatla yaşının çoxluğu ilə əlaqədar deyil, son vaxtlar Liberal Partiyada liderin dəyişməsi barədə yayılan şayiələrlə əlaqədar çıxış edib. M.Ternbull özü 2015-ci ilin sentyabrında hakim partiya daxilində baş verən “saray çevrilişi” nəticəsində sabiq Baş nazir Toki Abbottu devirərək vəzifəyə gəlib. Ötən ilin iyulunda T.Abbott parlamentə seçilərək burada sıravi deputat yeri qazana bilib. Bundan sonra o, hakim partiyanın rəhbərliyini sıravi üzvlərin fikirlərini nəzərə almamaqda günahlandırır. Hazırki Baş nazirin vəziyyətini xroniki hal almaqda olan hakim koalisiyanın əsas siyasi rəqibi Leyboristlər Partiyasından (LP) geri qalması da ağırlaşdırır. 2015-ci ildə M.Ternbull hakimiyyətə gələndə o, belə bir faktı yolverilməz hesab etmişdi ki, onun rəqibinin başçılıq etdiyi hökumət “Newspoll” xidmətini keçirdiyi 30 sorğunun hamısını LP-yə uduzmuşdu. Son vaxtlar M.Ternbullun rəhbərlik etdiyi hökumət də artıq 14 sorğunu dayanmadan siyasi rəqiblərinə uduzur. Hazırda Avstraliya federal parlamenti qış tətilindədir. Baş nazir isə Almaniyada keçiriləcək G20 sammitinə getməyə hazırlaşır. Ölkənin siyasi mənzərəsinin təhlilini aparan “Australian” qəzeti yazır: “Əminliklə demək olar ki, yaxın günlərdə liberal parlamentarilərin müzakirələrinin əsas mövzusu devirmək, yoxsa devirməmək sualı ətrafında olacaq. Onların artıq çox az hissəsi M.Ternbullun onları qələbəyə apara biləcəyinə inanır”.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info