Çin Hindistanı hədələdi
Tarix: 04.07.2017 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Çin XİN: “Lazım gələrsə, Hindistanla sərhəddə ərazi suverenliyini qorumaq üçün bütün lazımi tədbirlər həyata keçiriləcək”

“Çin hökuməti, lazım gələrsə, Çin-Hindistan sərhədində öz ərazi suverenliyini qorumaq üçün lazımi tədbirlər həyata keçirəcək”. Bu barədə brifinqdə Çin Xarici İşlər Nazirliyinin səlahiyyətlisi Qen Şuan bildirib. “Biz Hindistan tərəfini qarşılıqlı razılaşmalara və Çinin ərazi suverenliyinə hörmət etməyə çağırırıq” - deyən çinli diplomat bəyan edib ki, Çin ehtiyac olarsa, ərazi suverenliyini qorumaq üçün lazımi tədbirləri həyata keçirəcək. Xatırladaq ki, bir müddət bundan əvvəl Çin hərbçiləri Hindistan qarşısında Tebt yaxınlığında olan Dokalam ərazisindəki iki istehkamı geri çəkmək barədə tələb qoymuşdu. Həmin istehkamların Hindistanın Sihhim ştatı ilə Çinin tərkibindəki Tibet Muxtar rayonunun qovşağında yerləşməsi Pekini narahat edir. Çin tərəfinin iddiasına görə, həmin istehkamlar Çinə məxsus ərazilərdə tikilib. Məhz bunları nəzərə alan Çin tərəfi ötən ayın əvvəllərində həmin istehkamları buldozerlərlə dağıdıb. Baş verən olaydan iki gün sonra hindli və çinli əsgərləri arasında, hər iki tərəfin zərər çəkməsi ilə sonunclanan insident baş verib. Məhz bu insidentdən sonra Hindistan tərəfi Shhim ştatındakı çinlilər tərəfinin inşa edilən yolun tikintisini dayandırıb. Buna cavab olaraq, Çin Xarici İşlər Nazirliyi də öz cavabını gecikdirməyib. Bir sıra ciddi ittihamlar səsləndirən Pekin tələb edib ki, Hindistan dərhal əsgərlərini Çin ərazisindən geri çəkməlidir. Bu, dialoqa başlamaq üçün yeganə tələbdir. Xatırladaq ki, 1962-ci ildə Hindistan və Çin sərhədində silahlı qarşıdurma baş vermişdi. Həmin vaxtdan Çin Hindistanın Arunaçal-Pradeş ştatı ərazisindəki 3, 5 min kv. km əraziyə qarşı iddia qaldırıb. Qarşı tərəf- Hindistan isə öz növbəsində Cammu i Kaşmir ştatları ərazisinin 43 min kv. km-nin Çin tərəfindən qanunsuz olaraq “işğal” edildiyini bildirir. Maraqlıdır ki, dünənRusiya Federasiyasına ikigünlük rəsmi səfərə gedən Çin Xalq Respublikasının Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. “Sinxua” agentliyinin məlumatına görə, Si Cinpin ABŞ-ın dövlət başçısı Donald Trampla keçirdiyi sonuncu görüşdən sonra iki ölkə arasında ikitərəfli əlaqələrdə əldə olunan uğurların əhəmiyyətini vurğulayıb, bununla belə, bəzi mənfi halların Çin-ABŞ münasibətlərinə təsir göstərdiyini deyib. Tərəflər telefon danışığı zamanı habelə “Böyük iyirmilər”in qarşıdakı sammitini, Tayvan məsələsini də müzakirə ediblər. Onu da qeyd edək ki, Çinə məxsus hərbi-kəşfiyyat gəmisi müəyyən müddət ərzində Yaponiyanın ərazi sularına daxil olub. NHK telekanalının yaydığı məlumata əsasən bildirir ki, Yaponiya dəniz qüvvələrinin patrul təyyarəsi həmin gəmini Hokkaydo və Aomori prefekturaları arasında, Tsuqaru boğazında şərq istiqamətində hərəkət edərkən qeydə alıb. Bundan sonra, həmin gəmi Hokkaydo yaxınlığında yapon sularına daxil olaraq burada şərq istiqamətində yoluna davam edib. Gəminin həmin ərazini 90 dəqiqə sonra tərk etdiyi bildirilir. Məlumatda əlavə olaraq qeyd edilir ki, beynəlxlaq hüquq hərbi-dəniz qüvvələrinə məxsus gəmilər də daxil olmaqla, bütün gəmilərə dinc məqsədlə xarici dövlətlərin ərazi sularından keçməsinə icazə verir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info